Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 İyul

2017
12:03
509
Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların baş təşkilatçısı Rusiya olacaq

2017-ci ilin sonlarında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı  Serj Sarqsyan arasında görüşün baş təşkilatçısı Rusiya olacaq. FaktXeber.com-un məlumatına görə, bu barədə «İzvestiya» Rusiya XİN-də mənbəyə istinadla bildirib.

«Moskva bu məsələdə əsas vasitəçi oldu, çünki  ATƏT MQ-nun Qarabağ üzrə həmsədrlərinin (ABŞ və Fransa) Bakı və İrəvan  nümayəndələrini  bir masa arxasına oturtmaq cəhdi uğursuzluqla nəticələnib», - deyə qəzetdə bildirilir. 

Rusiya XİN-dən olan mənbə bildirib ki, Fransa Bakı və İrəvanı danışıqlar  masasına oturtmaq istədi, ancaq heç bir faydası olmadı. 

Məqalədə : Azərbaycan Ermənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru