Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 Yanvar

2017
10:59
1056
Azərbaycanın mobil operatorları `audio kitabxana`ya qoşulur

Azərbaycanın mobil rabitə operatorları "audio kitabxana" layihəsinə qoşulacaqlar.

Bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Layihədə məqsəd gözdən əlillərin və görmə qabiliyyəti zəif olanların bədii əsərlərə çıxışını təmin etməkdir. Əsas vəzifə istifadəçilər üçün rəqəmli audio kontentin formalaşdırılması və kitabların audio formata keçirilməsidir.

Mənbə deyib ki, müraciət bütün operatorlara - "Bakcell", "Azercell" və "Azerfon"a göndərilib və baxılma mərhələsindədir.

Hazırda 100-dən çox kitab səsləndirilərək "audio kitabxana"da yerləşdirilib. "1541" qısa nömrəsini yığmaqla bu xidmətdən günün istənilən vaxtı istifadə etmək olar. (Trend)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru