Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2017
22:43
1357
Azərbaycanlı gəncin etdikləri hər kəsi təəccübləndirir - VİDEO

Tennis topu ilə etdiyi hərəkətlərini bütün dünya izləyir. 

Söhbət azərbaycanlı 21 yaşlı gənc Vaqif Fatehidən gedir. Tennis, basketbol topu və digər idman alətləri ilə etdiyi hərəkətləri qısa video halında çəkərək sosial şəbəkələrə yükləyən gənc, qısa vaxtda məşhur olub.

O, tenis topu ilə butulkanın qapağını açır. Təxminən 20 metrlik məsafədən atdığı topu səbətə salır.

Başqa bir hərəkəti isə daha da həyəcanlıdır. Əvvəlcə səhv etmədən ardıcıl 5 plastik qabın içinə tenis topunu atır. 6-

cı atışda isə bütün plastik qablar bir-birinin içərisinə daxil olur. 

Bu cür hərəkətlərdən bəhs edən videoları çəkərək sosial şəbəkələrdə paylaşan Vaqif FatehiŞ həm də tennisçidir. İdmana uşaqlıqdan həvəsi olan Vaqif deyir ki, onun bu məharəti internetdə izlədiyi bir video sayəsində üzə çıxıb. 

Təkcə instaqramda 63 mindən çox izləyicisi olan gəncin ən çox diqqət çəkən videosu 15 milyondan çox izlənilib və əcnəbilərin də xeyli marağına səbəb olub. 

Hələlik bu məharətindən pul qazanmayan gənc deyir ki, əsas hədəfi gənclərdə idmana olan marağı artırmaqdır. O, bu bacarığı ilə istəyəndə heç nəyin mümkünsüz olmadığını göstərmək istəyir. (Xezerxeber)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru