Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Avqust

2017
20:24
222
Azərbaycandan Rusiyaya meyvə-tərəvəz aparılması asanlaşır

Bu gün Ümümdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında növbəti işçi görüş keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə komitə sədrinin müavini Şahin Bağırovun və Rusiya Federal Gömrük Xidmətinin Şimali-Qafqaz Gömrük İdarəsinin Gömrük nəzarətinin təşkili xidmətinin rəis əvəzi Konstantin Muruyevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib.

Ş.Bağırov iki ölkə arasında dəmir yolu vasitəsilə daşınan yüklər barəsində qarşılıqlı məlumat mübadiləsinin təşkili, məlumatların əvvəlcədən ötürülməsi məsələlərinə toxunub, bu sahədə aparılacaq səmərəli fəaliyyətin gömrük nəzarətinin və rəsmiləşdirilməsinin sürətləndirilməsinə fayda verəcəyini diqqətə çatdırıb.

Müzakirələr zamanı, həmçinin ölkəmizdən ixrac olunan meyvə-tərəvəz məhsullarının ünvanlarına vaxtında çatdırılması məqsədilə gömrük nəzarətinin operativliyinin vacibliyinə, eləcə də qarşılıqlı əməkdaşlıq əsasında görülən işlərə toxunulub.

K.Muruyev qeyd edib ki, görüşün gündəliyində duran məsələlər aktualdır və müzakirə ediləcək məsələlər əsasında aidiyyatı işlər həyata keçiriləcək.

Görüşdə sərhəd-gömrük keçid məntəqələrində meyvə-tərəvəz məhsulları daşıyan nəqliyyat vasitələrinin sürətli keçidinin təmini, sərnişin, nəqliyyat vasitələri, mallara dair məlumat mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

İclasın sonunda işçi görüşün protokolu imzalanıb.

Məqalədə : Rusiya meyvə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru