Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 May

2017
09:33
238
Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği açıqlanıb

Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,2 faizini təşkil edib.

Dövlət Statistika Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, Mərkəzi Bankın məlumatlarına əsasən, 2017-ci il aprel ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15533,3 milyon manat təşkil edib, onun 12185,4 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2016-cı il aprel ayının 1-i ilə müqayisədə 21,1 faiz azalıb.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2017-ci il aprel ayının 1-nə 6911,5 milyon manat təşkil edib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru