Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Aprel

2017
14:31
1533
Azərbaycanda və dünyada ana olma yaşı - STATİSTİKA

Dünya ölkələrində gec yaşda ana olan qaıdnların sayı artmaqdadır. Avropa Statistika Xidmətinin son məlumatlarına görə, Avropa ərazisində ana olmağın orta yaşı 29-a çatıb və bu rəqəm artmaqdadır.

Digər ölkələrdə də qadınların gec yaşda ana olması halları artmaq üzrədir. Ana olmağın orta yaşı ilə bağlı statistikanı təqdim edirik.

Avropada ən gənc analar Bolqarıstandadır. Bu ölkədə orta ana olma yaşı 25,7, Rumıniyada 25,8, Latviyada 26,1, Estoniyada 26,5, Polşa və Litvada isə 26,7-dir.

Ən gec ana olanlar siyahısına İtaliya (30,6 yaş), İspaniya (30,4 yaş), Lüksemburq (30,1 yaş) və Yunanıstan (29,9 yaş) yer alıb.

Rusiyada həmin göstərici 27,2, ABŞ-da 25,9, Yaponiyada 31,4 yaş təşkil edir.

Azərbaycanda orta ana olma yaşı 25,1-dir. Region ölkələrindən Gürcüstan (26,9 yaş) və Ermənistan (26,2 yaş) bu göstəriciyə görə Azərbaycandan fərqlənir. (Modern.az)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 14:03

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru