Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

14 İyul

2017
10:26
690
Azərbaycan banklarının xarici öhdəlikləri 4% azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2017-ci il iyunun 1-nə 6 829,2 mln. manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, mayın 1-nə olan göstərici ilə müqayisədə 270,1 mln. manat və ya 3,8% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 135,5 mln. manat və ya 2,02% artıb. Qeyd edək ki, xarici öhdəliklərdə azalma ardıcıl 4 ay davam edir.

"Report"un analitik qrupu hesab edir ki, manatın məzənnəsinin sabitləşməsi fonunda kommersiya banklarının xarici öhdəliklərinin tədricən azalması prosesi davam edəcək. Dollar ekvivalentində xarici öhdəliklər iyunun 1-nə 4 012,5 mln. təşkil edib. 

Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi 2017-ci il fevralın 1-də qeydə alınıb və 8 071,7 mln. manat və ya 4 211,7 mln.-a bərabər olub. Yəni, real olaraq bank sektorunun xarici öhdəlikləri ilin əvvəlindən 199,2 mln. dollar və ya 4,7% azalma göstərib. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 04:06

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru