Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Mart

2017
12:08
655
Azərbaycan, İran və Rusiya dəmir yolu ilə yükdaşıma tariflərini azaldıblar

Azərbaycan, İran və Rusiyanın dəmir yolu ilə yükdaşıma tariflərinə dair əldə etdikləri razılaşmanın təfərrüfatları məlum olub. Tərəflər "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhzlinin ilə yük daşımalarının fəallaşması məqsədilə tarifləri 50% endirmək qərarına gəliblər.

Belə ki, Moskvada keçən görüş zamanı hər üç ölkənin müvafiq qurumlarının rəhbərləri "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yük daşımların Azərbaycan ərazisi üzərindən təşkil edilməsi, habelə Astarada İranın sərhəd keçid terminalının tranzit potensialının inkişaf etdirilməsi məsələsini müzakirə ediblər.

Üçtərəfli sessiyada yüklərin Rusiya, Azərbaycan, Belarus, Latviya, Estoniya və Finlandiyadan Fars körfəzi ölkələri və Hindistana və əksinə hərəkəti üçün marşrutun aktivləşdirilməsi üçün güzəştli tarif dərəcələrinin müəyyənləşdirilməsi əsas müzakirə edilən məsələ olub.  (report)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru