Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

26 Dekabr

2016
16:34
589
Azərbaycan dilinin yeni akademik qrammatikasının yazılması təklif edilir

“Azərbaycan dilinin akademik qrammatikası” yazılmalı və bütün universitetlər vahid qrammatikadan istifadə etməlidir.

Bunu AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan dilinin akademik qrammatikası 1960-70-ci illərdə yazıldığı üçün artıq köhnəlib. Eyni zamanda, bu qrammatikada elmi baxımdan çoxlu mübahisəyə səbəb olan məsələlər var: “Bu qrammatika həmin dövrün tələbləri ilə, rus dilinin təsiri altında yazılıb. Bu qrammatikada həm ümumi dilçilik, həm də milli xüsusiyyətlər baxımından problemlər var. Müstəqillik dövründə dilimizdə xeyli inkişaf və dəyişikliklər olub. Bunlar akademik səviyyədə izah olunmalıdır”.

Dilçi alimin sözlərinə görə, müstəqillik illərində ayrı-ayrı universitet müəllimləri tərəfindən qrammatikaya aid kitablar yazılsa da, onların hər birində proseslər fərqli formada anlaşılır: "Akademik qrammatika bir müəllif tərəfindən yazıla bilməz. Burada özfəaliyyətə yol verilə bilməz”.

N.Cəfərov qeyd edib ki, artıq mütəxəssislərin mükəmməl akademik qrammatika yazması üçün böyük zərurət yaranıb.

N.Cəfərov hesab edir ki, yeni akademik qrammatika Dilçilik İnstitutunun rəhbərliyi ilə peşəkar mütəxəssislərdən ibarət xüsusi komissiya tərəfindən yazılmalı və razılaşdırılaraq çap edilməlidir. (Trend)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru