İstifadəçi Adı : Şifrə :
Yeni üzvlük Şifrəmi unutdum

Tarix:08-12-2016 21:51
Ay məhv olsa, Yerdə nələr baş verəcək?
Şərh yaz
Əgər Dünyanın 4.5 milyard illik bütün varlığını 24 saata kimi sadələşdirmiş olsaydıq (Yerin yaranması da 0 nöqtəsi olsaydı) deyə bilərdik ki,  Ay, Yerin yaranmasından yalnız 10 dəqiqə sonra mövcud olub. Digər bir sözlə Ay, Yerin yaranmasından sadəcə 30 milyon il sonra yaranıb. O zamanlar Dünya tam bir maqma okeanı idi və ən böyük hipotezə görə Mars böyüklüyündə bir göy cisminin Yerlə maili bir bucaqla toqquşması nəticəsində bu maqma təbəqəsindən nəhəng bir kütlə Yerdən qoparaq orbitə səpələndi və Ayı yaratdı.  Yer də, Günəşin orbitindəki toz və daşların birləşməsi ilə zaman içərisində yaranmış adi bir planetdir.
 
Ay ilk yarananda Yerə olduqca yaxın idi: 25.000 kilometr qədər uzaq (hazırda 384.400 kilometr məsafədədir). Əgər bu gün də o məsafədə olsaydı, bu anda Ayı göy üzündə gördüyümüzdən 10-20 dəfə böyük görməliydik. Təəssüf ki, Ayın bu qədər yaxın olduğu dövrlərdə planetimiz üzərində həyat yox idi və buna görə də, bu gözəl mənzərəyə kimsə şahid olmadı.
 
Ayın varlığının ən mühüm və əsas nəticələrindən biri, Yer səthinin temperaturu ilə bağlıdır. Qabarma-çəkilmə təsiri kimi bilinən fiziki təsir, bir cismin başqa bir cismə olan yaxınlığının kubu ilə əlaqəlidir. Bu səbəbdən Ay Yerə bu qədər yaxında olarkən, yüksək bir cazibə qüvvəsi yaradırdı.
 
Həmçinin o zamanlar Ay hələ də çox isti idi və yəqin ki, aradakı qısa məsafədə verdiyi istiliyə görə planetin səthini isti saxlayırdı. Buna görə də həyatın başlanğıcı məsələsində əhəmiyyətli təsirləri olmuş ola bilər. Ancaq sonra Ay, zamanla planetimizdən uzaqlaşaraq  (hazırda, hər il 3.8 santimetr qədər uzaqlaşır) və soyuyaraq bu təsirini tamamilə itirib.
 
Ay anidən yox olsa nə baş baş verər?
 
Ani bir təsiri olmazdı. Sadəcə, gecələrimiz daha qaranlıq olar və göydəki gözəl bir görüntüdən məhrum qalardıq. Ancaq yox, bunun təsirləri zamanla ortaya çıxmağa başlayardı. Ən qısa zamanda yaranacaq təsir, qabarma-çəkilmənin bu gün olduğundan daha zəif olması olardı. Çünki Ay, Yer üzündəki bu prosesə səbəb olan qüvvələrin 3-də 2-nə səbəb olur. Bunun necə təsir edəcəyini bir anda anlamaya bilərsiniz. Ancaq dəniz həyatı üçün qabarma-çəkilmə çox böyük əhəmiyyətə malikdir. Hətta bir çox quruda yaşayan canlının belə həyat şəraiti qabarma-çəkilməyə uyğun olaraq təkamül keçirib. Beləliklə, qabarma-çəkilmə hərəkətlərindəki bu qədər ani bir dəyişiklik, bir çox növün sonunu gətirməyə səbəb olacaq.
 
Bundan başqa Ayın fiziki təsiri, Yerin sabit olan 23 dərəcəlik meyilini qoruyur. Ay birdən yox olsa, Yer zamanla bu meylinin dayanıqlığını itirəcək və belə demək olarsa,"yellənməyə" başlayacaq. Məsələn, Marsın belə bir tarazlayıcısı yoxdur və meylliyi bu səbəblə 15 dərəcə ilə 35 dərəcə arasında gedib gəlir. Bu da, Mars səthindəki mövsümlərin müddətlərinin davamlı olaraq dəyişməsinə səbəb olur. Bu da həyat üçün yıxıcı təsirə səbəb olacaq.
 
Ayın yox olmasının digər bir əhəmiyyətli ola biləcək təsiri də, kosmosun dərinliklərindən Yeri təhlükə altına qoya biləcək göy cisimlərindən bizi qismən qorumasıdır. Ancaq bu, bütün astronomlar tərəfindən güclü təsir olaraq qarşılanmır, çünki Yer, Aydan ölçüyə görə təxminən 4 dəfə, həcm olaraq təxminən 50 dəfə, səth sahəsi olaraq 14.5 dəfə, kütlə olaraq 81 dəfə nəhəngdir. Dolayısı ilə bir meteoritin Yerlə toqquşma ehtimalı, Ayla toqquşma ehtimalından çox yüksəkdir. Yenə də, Ayın qoruyucu təsirini müdafiə edən elm insanları, göy daşlarının istiqamətlərini dəyişmək üçün faydaları olduğunu düşünürlər.
 
Ayın yox olmasının digər bir təsiri, planetimiz üzərindəki əhəmiyyətli bir qüvvə amilinin ortadan qalxmasına görə yaranacaq fəallıqlardır: Zəlzələlər və vulkanik fəaliyyət. Ancaq bunlar zamanla azalacaq və normal hala gələcək.
 
Ayın yox olmasının ən müzakirə olunan təsirlərindən bir, Yerin Günəş ətrafındakı orbitinin dəyişməsi olacaq. Ay və Yeri bir növ "qardaş göy cisimləri" hesab etmək olar. Bir-birinə cazibə qüvvəsi tətbiq edərək dönürlər və bu ikili sistem, bir yerdə Günəşin ətrafında dönür. Bu səbəbdən Ay ortadan qalxsa, Yer üzərindəki əhəmiyyətli bir qüvvə ortadan qalxmış olar. Və Günəş ətrafındakı orbitimiz, Ayın ortadan qalxdığı andakı Yer və Ay mövqelərinə görə dəyişməyə başlaya bilər. Amma bu dəyişikliyin miqdarı tam olaraq bilinmir. Bəzi tədqiqatçılar, Ayın yox olmasının Yerin orbitinə demək olar ki, heç bir təsir göstərməyəcəyini deyəndə, bəziləri əhəmiyyətli dəyişikliklərə səbəb ola biləcəyini iddia edirlər. Buna görə də bu barədə dəqiq bir şey demək mümkün deyil.
 
Digər tərəfdən, Ayın Yer ətrafında fırlanma sürətinin getdikcə azaldığı da məlumdur. Ayın planetimizə tətbiq etdiyi qüvvə, planetimizi son 500.000 il ərzində ildə 400 dönüşdən, ildə 365 dönüşə qədər yavaşladıb. Bu səbəbdən Ay yox olsa, Yerin yavaşlamasına səbəb olan çox mühüm bir amil də ortadan qalxmış olacaq. Bu, planetimizə artıq təsir göstərməyəcək. Ancaq əgər Ay əvvəldən bəri mövcud olmasaydı, planetimizin fırlanma sürətindəki fərqlilikdən ötrü canlılar çox fərqli bir təkamül keçirə bilərdilər. Məsələn, Yer çox sürətli dönsəydi, planetimizdə çox güclü küləklərə səbəb ola bilərdi.
Son olaraq, bioloji cəhətdən yenidən baxacaq olsaq, Ayın yox olması yəqin ki, bir çox canlıya ciddi miqdarda təsir göstərəcək. Çünki bir çox məməli heyvanların gözləri Ay işığına həssas şəkildə təkamül keçirib. Buna insan da daxildir. Bu məməlilərin bəlkə bir çoxu, Ayın yoxluğundan əhəmiyyətli dərəcədə təsirlənərək həyatını itirəcək. İnsanlarda belə bir vəziyyətin olmayacağını təxmin etmək olar. Amma bizdə də çox mühüm psixoloji dəyişikliklər baş verməsi mümkündür. Ayın yox olması, gecə-gündüz anlayışları haqqında beynimizdə olan qavrayışlara təsir edəcək və hormonal dəyişikliklərə səbəb olacaq. Bu da insan davranışlarının dəyişməsi ilə nəticələnəcək.
 
Bütün bu dəyişikliklərin nə qədər ciddi olacağı və nələrə təsir edəcəyi məsələsində mübahisələr mövcuddur. Ayın yox olması yəqin ki, Yerdə mühüm bir çox fərqliliyə səbəb olacaq. Ancaq qiyamət carçılarının iddia etdiyi kimi, Ayın yox olmasının Yerdəki bütün həyatı dağıdacağını düşünmək, Ay ilə Yer arasında çox həssas tarazlığın olduğunu düşünmək, Ay heç olmasaydı həyatın var olmayacağını inadlı şəkildə iddia etmək açıq-aşkar məlumatsızlığın nəticəsidir. Ən sadə, okeanların diblərində yaşayan bakteriyalar və arkelər ( bunlarla olan ortaq atamız, yəqin ki, yaşayan ilk canlıdır), Ay yox olsa belə milyonlarla il heç bir şey olmamış kimi həyatlarını davam etdirib təkamül keçirməyə davam edərlər. İnsanlara emosional təsir etmək məqsədilə uydurulan bu yalanlara qarşı diqqətli olun. (Modern.az)
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
Ay - Yer - elm -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:08-12-2016 21:51 - Oxundu: 433
Maraq Dünyası
16-01-2017 16:58 Üzündə "maska" ilə dünyaya gələn uşaq - FOTO-VİDEO
16-01-2017 15:14 İnsanların öz həyətlərində aşkarladıqları ən qeyri-adi tapıntılar - FOTO-VİDEO
14-01-2017 13:16 Bu VİDEO internetdə izlənmə rekordu qırıb
11-01-2017 15:55 Meksikada İKİ BAŞLI UŞAQ dünyaya gəlib - VİDEO
09-01-2017 17:02 Bu kadrlar hər kəsi şoka saldı - VİDEO
09-01-2017 14:24 İnsanların ölümdən əvvəl söylədikləri SON SÖZLƏRİ - FOTO
07-01-2017 17:04 2022-ci ildə dünya sakinləri ulduzun doğulmasını görə biləcəklər
06-01-2017 17:21 Çində daha bir şüşə körpü tikilir - FOTO
06-01-2017 11:16 Almaniyada dalğalar sahilə on minlərlə oyuncaq yumurta gətirib - VİDEO
05-01-2017 15:42 Anası SMS yazdığı müddətdə uşağı suda boğuldu - VİDEO
05-01-2017 14:42 İnsanlar ağlayarkən sifətləri necə görünür? - VİDEO
05-01-2017 12:17 Qəhrəman körpə videosu dünya gündəmini zəbt edib - VİDEO
05-01-2017 10:03 Stalinə sadiq qalan gürcülər - FOTOLAR
28-12-2016 15:39 "MƏN ÖLMƏK İSTƏMİRƏM!!" Qəzaya uğrayan təyyarələrdə pilotların son sözləri-VİDEO
27-12-2016 15:48 Tez-tez hiss elədiyimiz, ancaq adını bilmədiyimiz EMOSİYALAR
26-12-2016 21:12 Tovuz sakinin qeyri-adi ixtiraları – VİDEO
26-12-2016 16:33 Yaxın gələcəkdə dünya elitasını təmsil edəcək 8 UŞAQ - FOTO
26-12-2016 15:12 Avtomobildə tapılan gizli yer görənləri heyrətləndirir - VİDEO
26-12-2016 15:05 Təqribən 80 il öncə Azərbaycanda "demokratik" seçkilər - VİDEO
26-12-2016 12:41 TEST: Bu kodu, ancaq məntiq kralları aça bilər
22-12-2016 16:46 Başmaqdan sonra plastik butulka də silah sayıldı - FOTO
21-12-2016 11:52 Səhv hesab ölümünə səbəb oldu -VİDEO
21-12-2016 11:51 Oğurluq etdiklərinə görə, "Rüsvayçılıq marşı"na məhkum edildilər - FOTO
21-12-2016 11:47 Yaponiyada Baş nazirin kortejinin yola çıxması barədə maraqlı KADRLAR
19-12-2016 15:32 Ömürlük həbsə məhkum edilmiş ağac - FOTO
15-12-2016 14:50 Möhtəşəm eksperiment: cəmi bir qaşıq zeytun yağı ilə - FOTO-VİDEO
15-12-2016 10:01 Azərbaycan vətəndaşı qohumunu görmək istədi, vilayət polisini ayağa qaldırdı - FOTO
13-12-2016 22:41 Hansı daha vacibdir? EQ yoxsa IQ?
12-12-2016 15:04 Diqqət: Bu üsulla evinizin istiliyini artıra bilərsiniz - VİDEO
10-12-2016 12:34 Biz insanları maraqlandıran bir çox məsləyə toxunulan qısa film - VİDEO
09-12-2016 16:43 Dünyanın ən təhlükəli piyada keçidləri - FOTO
08-12-2016 21:51 Ay məhv olsa, Yerdə nələr baş verəcək?
08-12-2016 14:48 Metal ox fəhlənin çiynindən girib, belindən çıxdı - FOTO-VİDEO
06-12-2016 16:49 Hamısı sürüşdü birdən-birə - VİDEO
06-12-2016 10:12 Dünyada bir ilk: Tamamilə buzdan olan və ilboyu fəaliyyət göstərən otel
05-12-2016 15:36 Yeni oğurluq üsulu: Telefonu adamın qulağından aparırlar - VİDEO
01-12-2016 16:47 Meyitxanada dirilib mühafizəçiyə üşüdüyünü dedi
30-11-2016 17:13 Ata Fotoşop ustası olarsa - FOTOLAR
30-11-2016 15:19 UAZ tankçılar üçün avtomobil istehsal edib - FOTO-VİDEO
29-11-2016 15:48 Su ilə işləyən avtomobil ixtira edilib - VİDEO
25-11-2016 16:35 Bu cərimə Türkiyədə hər kəsin gülüşünə səbəb olub - FOTO
25-11-2016 14:33 Cari ilin ən möhtəşəm İXTİRALARI - VİDEO
24-11-2016 16:04 Adi bir səhlənkarlıq görün nə ilə nəticələndi… VİDEO
23-11-2016 13:47 Bəxtsizlik ancaq bu qədər ola bilər - VİDEO
21-11-2016 10:58 Uzaqvuran işıqlardan yersiz istifadə edənlərə ÇARƏ TAPILDI - FOTO
17-11-2016 16:25 Qapısız, pəncərəsiz… Nyu-Yorkda sirli göydələn kəşfiyyat mərkəzi imiş
08-11-2016 13:50 Kosmik Stansiyada qəhvə belə içilir - VİDEO
08-11-2016 11:21 Amerika yenotu Sabirabadda tələyə düşdü
03-11-2016 11:01 Kartof və konserv bankasından fotoaparat düzəldilib - FOTO
02-11-2016 14:56 “Kitayskiy” Pentaqon – FOTO-VİDEO
26-10-2016 15:05 Partlayan ulduz insan əlinin formasını aldı - FOTO
22-10-2016 12:36 Öz fəaliyyət sahəsini dəyişərək uğur qazanmış 8 şirkət
19-10-2016 14:46 DƏHŞƏT: 7500 metrdən paraşütsüz tullandı - VİDEO
19-10-2016 14:18 Bunu evdə yoxlamayın - VİDEO
18-10-2016 11:25 115 yaşlı nənənin 415 nəvəsi, 90 yaşlı övladı var - FOTO
17-10-2016 14:50 Avtomobilini düzgün park etməyənlərlə orijinal mübarizə üsulu VİDEO
15-10-2016 10:46 Füzulidə kaynozoy erasına aid fil sümüyü tapılıb - FOTO
14-10-2016 09:48 Tarixə düşürük: Oktyabr ayı UNİKAL olacaq
07-10-2016 16:11 Qoçu kimi yeriyən bu şahin internetin fenomeninə çevrildi - FOTO
04-10-2016 16:45 30 il əvvəl nəyə pul xərcləmirdik? - SİYAHI

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Mikayıl Cabbarov 20 Yanvar ilə bağlı əmr imzalayıb
16-01-2017 11:19
Çin əsgərlərinin təlimi və sıra keçidi bütün dünyanı heyrətə salıb - VİDEO
16-01-2017 15:40
Xüsusi təyinatlıların gülməli anları - Video
16-01-2017 10:57
Qırğızıstanda Türkiyəyə məxsus təyyarə binaların üstünə düşüb: Qurbanlar var - VİDEO
16-01-2017 08:52
Azərbaycanda bir universitetin fəaliyyəti dayandırıldı
16-01-2017 15:50
Dolların qiymətində KƏSKİN BAHALAŞMA
16-01-2017 14:23
"2 min manat maaş alan nazirdə 6,8 milyon hardandır?"
16-01-2017 19:04
Məcburi köçkünlər üçün güzəşt limiti ləğv olundu - PUL VERİLƏCƏK
16-01-2017 12:42
Azərbaycan Dillər Universitetinin 5 dekanı işdən çıxarılıb
16-01-2017 16:26
Astarada şagirdi döyən müəllim cəzalandırılıb
16-01-2017 15:12
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Tarix
Video Texnologiya
Mədəniyət Reportaj
Рейтинг@Mail.ru
® 2009 FAKTXEBER.COM - Azerbaijan Online Internet Newspaper

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az