Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Fevral

2017
10:06
1075
Avropa Parlamentinin deputatından Qarabağ barədə həyasız açıqlama

FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan hökuməti tərəfindən barəsində beynəlxalq axtarış elan olunan Avropa Parlamentinin deputatı Yaromir Ştetina işğal altında Dağlıq Qarabağa səfər etməsi ilə bağlı açıqlama verib. Çexiyanın "Aktualne" qəzetinə verdiyi müsahibədə Yaromir Ştetina bildirib ki, səfər etməsi ilə bağlı qondarma rejimdən pul almayıb və Dağlıq Qarabağa getməsində məqsəd müşahidə aparamaq olub.

Avropa Parlamentinin deputatı Dağlıq Qarabağın 25 il əvvəl Azərbaycanın ərazisi olmasını təsdiqləsə də, hazırda bölgənin beynəlxlaq hüquq baxımından separatçı ölkə olduğunu bildirib: "Mən və Avropa Parlamentinin iki deputatı Dağlıq Qarabağa səfər etmişik. Biz 100 nəfərlik heyətlə birgə idik. Fakt budur ki, 25 ildir Azəbaycan hüququ bu bölgədə fəaliyyət göstərmir. Mən jurnalist kimi 90-cı illərdə Qarabağda olmuşam, dəhşətli müharibədə. Azərbaycanın Qarabağı öz ərazisi hesab etməsi mövqeyi Stalinin "parçala hökmranlıq elə" siyasətinə bənzəyir. Mən bilirdim ki, barəmdə beynəlxalq axtarış elan olunacaq. Buna görə də Minskə getməyəcəm".

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Avropa Parlamentinin üzvləri - Lüksemburq Böyük Hersoqluğunun vətəndaşı Frank Engel, Kipr Respublikasının vətəndaşı Eleni Teoxarus və Çex Respublikasının vətəndaşı Yaromir Ştetina “Dağlıq Qarabağ Respublikası” adı altında yaradılmış qondarma rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə kütləvi informasiya vasitələrinə verdikləri müsahibələrində, iştirak etdikləri beynəlxalq tədbir və konfranslarda işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyət göstərən qurumu “müstəqil dövlət” kimi təqdim etmələrinə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda dəfələrlə, xüsusən son dəfə 2017-ci il fevralın 20-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “referendum”da “müşahidəçi” qismində iştirak etmək üçün keçmələrinə  əsaslı şübhələr olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək barələrində beynəlxalq axtarış elan olunması üçün “İnterpol”a müvafiq sorğu göndərilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru