Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Yanvar

2017
22:00
1052
Ata iki övladını evdən didərgin salıb - Uşaqların məşəqqətli həyatı - VİDEO

Bakıda yeniyetmə bacı-qardaşlar atalarının zorakılığına görə evdən qaçıblar. 14 və 15 yaşlı bacı-qardaş atalarının onları hər gün döydüyünü, hətta məktəbə getməklərinə də icazə vermədiklərini bildirirlər. Əməkdaşlarımız onların acınacaqlı həyat hekayasini işıqlandırıb.

Birinin 14, digərinin 15 yaşı var. Yeniyetmə bacı-qardaş atalarından qurtulmaq üçün evdən qaçıblar.

Türkan və Mikayılın sözlərinə görə, elə bir gün olmayıb ki, döyülməsinlər. Atalarının fiziki zorakılığı yeniyetmələrin evdən qaçması ilə başa çatıb.

Uşaqların iddialarına görə, ataları zorakılıq və onları döymək üçün hər bir bəhanə uydurub.

Hətta ataları onların təhsil almasına da imkan verməyib. Onlar da anaları vəfat edənədək - yəni 3-cü sinfədək təhsil ala biliblər.

Türkan və Mikayıl bildirirlər ki, onları ən çox məyus edən analarının həyatda olmamasıdır. Analarının həyatdan erkən ayrılması onların arzularının məhv olmasına səbəb olub.

Yeniyetmələrin hər ikisi Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib və onlarla psixoloji yardım keçirilir.

Uşaqların atası Müşviq Qasımov isə haqqındakı iddiaları qəbul etmir, onlara zorakılıq tətbiq etmədiyi bildirir. O ki qaldı evdən getməklərinə, bundan da xəbərsizdir. Ancaq tez bir zamanda onları evə qaytarmaq üçün əlindən gələni edəcəyini dedi. (Xezerxeber)

Məqalədə : uşaq sığınacaq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru