Tarix:02-03-2017 10:14
“Artur Rasi-zadə vəzifəsi ilə vidalaşmalı olacaq”
Fəzail Ağamalı Nazirlər Kabinetinin perspektivi ilə bağlı danışıb
Şərh yaz
Azərbaycanda birinci vitse-prezident təyinatından sonra Nazirlər Kabinetinin və baş nazir Artur Rasi-Zadənin taleyi müzakirə edilir. Çoxları vitse-prezidentlik institutu ilə Nazirlər Kabinetinin paralel qurum olduğunu deyərək, büdcəyə qənaət etmək üçün Rasi-Zadənin rəhbərlik etdiyi kabinet üzvlərinin sayının azaldılacağını deyirlər.
 
Ekspertlərə görə, Nazirlər Kabinetinin ləğvi üçün referenduma ehtiyac olduğundan iqtidar ilk növbədə 21 ildir baş nazir olan, 82 yaşlı Artur Rasi-Zadəni təqaüdə göndərməli olacaq. Yeni baş nazirin kimliyi hər kəsə həm maraqlı, həm də müəmmalıdır. 
Amma istənilən halda hakimiyyətin bu dəfə yaşlı deyil, bu postda gənc və ya orta yaşlı birisinə etimad göstərəcəyi bəllidir. Çünki hökumət də zaman-zaman Rasi-Zadənin məhz yaşlı olduğuna görə gündəmə gəldiyinin fərqindədir. Digər tərəfdən, yeni baş nazirin işlək, enerjili, ölkənin daxili situasiyasına dərindən bələd olan birisinin olmasının vacibliyini iqtidar da bilməmiş deyil. Məsələnin maraqlı tərəflərindən biri də odur ki, indiyə qədər ölkənin faktiki ikinci şəxsi sayılan baş nazir bundan sonra bu funksiyadan məhrumdur. Artıq dövlətdə ikinci şəxs I vitse-prezidentdir.
 
FaktXəbər-in məlumatına görə, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı "Yeni Müsavat"a bildirib ki, konstitusiyaya ötən ilin sentyabrında edilən əlavə və düzəlişlərdə Nazirlər Kabinetinin ləğvi və baş nazirin vəzifəsinin idarəçilik sistemindən çıxarılması məsələsi qoyulmayıb, konstitusiyada da bu dəyişikliklər öz əksini tapmayıb: “Nazirlər Kabineti və baş nazir postu konstitusiyaya uyğun şəkildə öz fəaliyyətini davam etdirəcək. Bu şübhəsizdir və bunun ətrafında müzakirə aparmağa ehtiyac belə yoxdur. Baş nazir məsələsinə gəlincə, deyə bilərəm ki, bu zaman-zaman gündəmdə olub. Vaxtilə demişəm, bu gün də təkrarlayıram ki, Artur Rasi-Zadənin baş nazir kimi Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətləri var. O, Azərbaycan dövlətinə, onun azadlığına, söykənmiş olduğumuz ulu öndərin siyasi kursuna son dərəcə sədaqətli olub, siyasi ambisiyalardan çox uzaq olan siyasi və dövlət xadimidir. Onu nə zaman kimin əvəz edəcəyi təbii ki, cənab prezidentin səlahiyyətində olan məsələdir. Heç nə əbədi deyil. O cümlədən, vəzifə də...
 
Nə vaxtsa Artur Rasi-Zadə də çox çətin və şərəflə yerinə yetirdiyi bu vəzifə ilə vidalaşmalı olacaq. Burada yeni müzakirələr açmağa heç bir ehtiyac yoxdur. Onu demək vacibdir ki, ən çətin anlarda Artur Rasi-Zadə Azərbaycan dövlətçiliyinə və ulu öndərin siyasi xəttinə çox böyük sədaqət nümayiş etdirib. Bunları unutmaq olmaz, unutmaq da lazım deyil. Yaxın zamanlarda, yaxud hansısa bir zaman kəsimində cənab prezident baş naziri əvəzləmək istəyində olsa, bu da ölkə başçısının səlahiyyətindədir. Prezidentin hazırkı komandasında kifayət qədər səviyyəli, savadlı, dövlətçiliyimizə sədaqətli kadrlar var. Bu baxımdan, yetərincə nümunələr mövcuddur. Birinin adını çəkib digərini saxlamağım, məncə, qeyri-səmimi səslənərdi. Müəyyən mənada ölkə başçısının səlahiyyətlərinə qarışmaq kimi görünərdi. Bunu siyasi etikadan da kənar hesab edirəm. Əminəm ki, ölkə prezidenti zamanında bu addımı atanda Artur Rasi-Zadənin göstərmiş olduğu üstün keyfiyyətləri özündə cəmləşdirən və bu baxımdan dövlətçiliyimizi gələcəkdə daha da möhkəmləndirmək üçün səlahiyyətləri çərçivəsində öz vəzifəsini başını aşağı salıb uğurla yerinə yetirəcək şəxsi indiki baş nazirlə əvəzləyəcəyinə şübhəm yoxdur”.
 
Deputat vitse-prezidentlik institutu ilə Nazirlər Kabinetinin paralel qurumlar olduğu barədə deyilənlərlə də razı deyil: “Kiminsə istəyi, arzusu ilə məsələlər gündəmə gətirilmir. Konstitusiyamızda Nazirlər Kabinetinin olması nəzərdə tutulub və hazırda buna uyğun da qurum vəzifəsini icra edir. Bundan sonra Nazirlər Kabinetinin qalacağına əminəm. Əgər konstitusiyada dediklərim varsa, bu, artıq müzakirə mövzusu deyil. Paralellik məsələsinə gəlincə, I vitse-prezident kimi Mehriban xanımın rus telekanalına verdiyi müsahibəyə baxdım və orada cənab vitse-prezident bütün suallara aydın şəkildə cavab verdi. Bu fikirləri söyləyənlərə tövsiyə edərdim ki, Mehriban xanımın rus kanalına verdiyi müsahibəni diqqətlə öyrənsinlər. O zaman hər şey tam aydın olar. Mehriban xanım vitse-prezident olması və bundan sonra yaranan suallara aydın şəkildə cavab verib”.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
“Artur - Rasi-zadə - vəzifəsi - ilə - vidalaşmalı - olacaq” -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:02-03-2017 10:14 - Oxundu: 454
Siyasət
29-04-2017 10:35 İran prezidentliyinə namizədlər platformalarını açıqladı
28-04-2017 15:45 Suriyaya səfər etmək mənim vəzifəm idi -Pedro Aqramunt
28-04-2017 15:00 Milli Şura BŞİH-in təklifi ilə razılaşmayıb
28-04-2017 14:13 XİN Dağlıq Qarabağda çıxış etmiş musiqiçiləri "qara siyahı"ya salacaq
28-04-2017 12:35 Moskvada Lavrov-Məmmədyarov-Nalbandyan danışıqları başlayıb
28-04-2017 12:01 MSK partiyalarla bağlı geniş araşdırmalara başlayıb
28-04-2017 11:51 XİN Zaxarovanın jurnalistlərlə bağlı açıqlamasına münasibət bildirib
27-04-2017 21:19 Azərbaycan XİN 7 ölkəyə xəbərdarlıq etdi
27-04-2017 10:45 Azərbaycanlı diplomatın arvadı Nyu-Yorkda oğurluqda ittiham olunub
26-04-2017 15:07 Milli Məclisin növbəti iclasının vaxtı və GÜNDƏLİYİ
25-04-2017 15:59 Azərbaycan tərəfindən Yəmənə humanitar yardım göstərilib
25-04-2017 12:32 ""İndependent"in məqaləsində regiondakı real vəziyyət təhrif olunub"
25-04-2017 10:05 Donald Tramp Azərbaycana maliyyə yardımını ləğv etməyi planlaşdırır
24-04-2017 17:08 Aureliya: Ermənilərin əsassız bəyanatları faktiki baxımdan təsdiqlənmir
24-04-2017 14:31 Beynəlxalq Forum erməniləri “abırlı” olmağa çağırdı
24-04-2017 09:31 Bu gün Strasburqda AŞPA-nın yaz sessiyası başlayır
22-04-2017 20:44 İqtisadçı Rövşən Ağayev REAL Hərəkatından ayrılıb
18-04-2017 11:57 Avropa İttifaqı Azərbaycanda 70 layihəyə 90 milyon avro ayırıb
18-04-2017 10:54 Azərbaycanlı və erməni deputatlar görşə bilər
18-04-2017 10:32 ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfər edəcək
18-04-2017 09:28 İrəvan teatrının yaradıcısının nəvəsi Bakıya gəlmək istəyir
17-04-2017 11:28 Tofiq Zülfüqarov Mehriban Əliyevaya müraciət etdi
16-04-2017 21:41 Prezident İlham Əliyev Ərdoğanı təbrik edib
14-04-2017 14:44 Rusiya XİN: Xəzərin statusuna dair Konvensiya layihəsi imzalanmaya hazırdır
13-04-2017 11:01 Prezident İlham Əliyev Vitali Kliçkonu qəbul edib
10-04-2017 12:09 İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
08-04-2017 17:29 Milli Şura Bakıda mitinq keçirib
07-04-2017 10:06 Fransalı jurnalist Qarabağa getmək üçün Azərbaycan XİN-dən icazə istədi
07-04-2017 09:54 Azərbaycanla Aİ arasında danışıqlar başlanır
04-04-2017 20:15 Milli Şura mitinqin vaxtını dəyişib
04-04-2017 15:53 Lavrov: Azərbaycan və Ermənistan mübahisəli məsələlərdə razılaşıblar
04-04-2017 10:01 Azərbaycanın demokratiya balı bir az da düşüb
03-04-2017 14:15 Azərbaycan və Qazaxıstan arasında 6 sənəd imzalanıb
03-04-2017 11:42 Maliyyə hesabatı təqdim etməyən partiyaların sayı açıqlanıb
03-04-2017 11:32 Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli...
31-03-2017 11:42 "Dağlıq Qarabağ nizamlanmasının bir çox aspektləri artıq razılaşdırılıb"
29-03-2017 14:05 "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənəcəyinə ümid qalmayıb"
29-03-2017 10:15 MSK indiyədək illik maliyyə hesabatı verən partiyaların sayını açıqlayıb
28-03-2017 20:16 AXCP sədrliyinə sabiq namizəd partiyadan çıxarılıb
28-03-2017 15:13 Lukaşenko: Azərbaycan və Ermənistan münaqişəni vasitəsiz həll etməlidir
28-03-2017 14:35 Prezident: “Sahibkarlar fəal olmalı, özləri yeni bazarlara çıxmalıdırlar”
27-03-2017 20:34 Azərbaycan və Ermənistan xarici işləri nazirləri Moskvada görüşəcəklər
27-03-2017 14:50 XİN Şuşa məscidi ətrafında baş verənləri vandalizm kimi qiymətləndirdi
27-03-2017 11:40 Oqtay Əsədov Rusiyaya gedib
18-03-2017 15:02 "Ermənistan nə qədər tez anlasa, onlar üçün də o qədər yaxşı olacaq"
17-03-2017 22:39 Milli Məclis hökumətin hesabatını qəbul edib
17-03-2017 12:30 Baş nazir: "Beynəlxalq Bankın keçmiş rəhbəri Azərbaycanı daha pis vəziyyətə salıb"
16-03-2017 10:56 "Çətinliklərin öhdəsindən gəldik, bu il iqtisadi artım olacaq”
15-03-2017 15:40 "Ermənistanın şərt qoyması danışıqların pozulması, boykot və şantajdır"
15-03-2017 09:06 Azərbaycan və Fransa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
14-03-2017 16:32 İlham Əliyevin Fransaya rəsmi səfəri başlayıb
14-03-2017 12:20 Rusiya Qarabağ münaqişəsində ehtiyatlı mövqe tutur - Maksim Şevçenko
14-03-2017 11:57 Sabah Bakıda AŞPA-nın komitə iclası keçiriləcək
14-03-2017 10:57 Azərbaycan pasportu ilə daha çox ölkəyə vizasız getmək olacaq
14-03-2017 10:41 "Hücum edən şəbəkədə Azərbaycanın bir neçə hökumət qurumu var idi..."
13-03-2017 15:37 "Vitse-prezidentlərlə bağlı qanun qəbul ediləcək"
13-03-2017 14:00 Gürcüstan səfirliyi Batumidə baş verənlərlə bağlı bəyanat yayıb
11-03-2017 10:33 Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
10-03-2017 21:29 Türkiyə-Rusiya-Azərbaycan ittifaqının yaradılması müzakirə olunub
10-03-2017 20:59 AİP Baş Məclisinin növbəti iclası keçirilib - VİDEO

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Məktəb sayı ən çox və ən az olan rayonların adı açıqlanıb
29-04-2017 20:16
Ali məktəblərdə maliyyələşmənin YENİ QAYDALARI
29-04-2017 11:06
MTN əməkdaşı özünü qarajda asıb - "MTN işi"
29-04-2017 13:55
Qətər əmiri 4 milyona aldığı ata "Ərdoğan" adını qoydu
29-04-2017 11:50
"Sən bu murdar əti öz doğma bacı-qardaşına satırsan, axı" – Deputat sərt DANIŞDI
29-04-2017 10:58
Bu qurum İqtisadiyyat nazirliyinə verildi- QƏRAR
29-04-2017 10:42
"Sovetski"də söküləcək evlərin sayı açıqlanıb
29-04-2017 10:47
Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb
29-04-2017 11:22
Elçin Quliyevin cinayət işində keçmiş MTN-in qadın generalı ifadə verib
29-04-2017 13:36
Bakıda xüsusi təhlükəsizlik tədbirləri keçirilib
29-04-2017 12:36
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az