Tarix:11-01-2017 12:20
ARDNF-nun 7.5 milyardlıq transferi manata necə təsir edəcək?
Şərh yaz

Tanınmış iqtisadçı ekspert Vüqar Bayramov manatın məzənnəsi ilə bağlı vəziyyətə aydınlıq gətirib.

FaktXəbər-in məlumatına görə O, mövzu ilə bağlı bunları deyib:

"Manatın məzənnəsi yenə də gündəmdədir. Dünənki hərracda manatın dollara nisbətən məzənnəsi dəyişmədikdən sonra gün ərzində sosial şəbəkə vasitəsi ilə mənə 100-dən artıq mesaj gəlib. Həmin müraciətləri ümumilləşdirərək ən çox soruşulan aşağıdakı iki məsələyə aydınlıq gətirmək istərdim.

1. Dövlət Neft Fondunun 2017-ci il üçün xərcləmələri o cümlədən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka 7.5 milyard manatlıq transferi manatı məzənnəsinə necə təsir göstərəcək?

Dövlət Neft Fondunun 2017-ci il üçün xərcləmələri 14 milyard 483 milyon manat təsdiq edilib. Bunun təxminən 700 milyon manata yaxın hissəsi birbaşa valyuta formasında ödəniləcək xərclərdir. Bu isə o deməkdir ki, əgər fond öhədliklərinə əməl edərsə o cümlədən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də hərraclar vasitəsi ilə milli valyutaya çevrilərsə o zaman 13.8 milyard manata yaxın pulu il ərzində hərraclar vasitəsi ilə almalıdır. Bu isə indiki rəsmi və ya hərrac məzənnəsi ilə 7 milyard 750 milyon dollar satış deməkdir. Nəticədə, fond öz öhdəliklərinə əməl edə bilərsə o zaman 2017-ci ildə hər ay orta hesabla 645 milyon dolları hərraca çıxaracaq. Qeyd edim ki, 2016-cı ildə fondun hərraclarda satdığı valyutanın aylıq orta məbləği 408 milyon dollar olub. Deməli, əgər fond öhdəliklərinə tam əməl edərsə və makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də hərraclar vasitəsi ilə manata çevrilərsə o zaman aylıq olaraq 2017-ci ildə əvvəlki il ilə müqayisədə 237 milyon dollar daha çox valyuta hərracda satıla bilər. 2016-cı ilin yanvarında pul bazasının 5,786 milyard manatdan ötən ilin noyabrında 7,448 milyon manata yüksəlib. 30 faizə yaxın artan pul bazası özünü eyni zamanda milli valyutanın rəsmi kursunda 15 faizlik azalma ilə müşahidı edilib. Deməli, pul bazasının artması fonunda ötən il manatın məzənnəsində də azalmalar qeydə alınıb. Bu isə o deməkdir ki, indi 1 dollara ilə hətta 2016-cı il illə müqayisədə daha çox manatı dövriyyədən çıxarmaq mümkündür. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin xərcləmələri, xaricdə və xüsusən də Rusiyada yaşayan həmyerlilərimizin remitensilərini və eləcə də qeyri-neft ixracatının həcmini nəzərə alsaq Neft Fondunun öhdəliklərinə tam əməl edəcəyi halda bu il valyuta bazarına daha çox dolların daxil olacağı şübhəsizdir. Başqa tərəfdən, dollarlaşma səviyyəsi 90 faizə yaxınlaşıb və bazarda tarazlıq əldə edilərsə bu əks-dollarlaşma prosesinə başlanılarsa o zaman bazarın da dollar təklifi hiss edilən dərəcədə arta bilər. Qeyd edim ki, Neft Fondunun Mərkəzi Banka transferləri indiki məzənnə ilə təxminən 4 milyard dollardan bir az artıqdır. Xatırlayırsınızsa, mən 2015-ci ildə hökumətə təqdim etdiyim təkliflər paketində və eləcə də ötən il ərzində sosial şəbəkələrdəki açıqlamalarımda hökumətə 4 milyard dollar rezervi konvertasiya edərək bazara çıxarmağa təklif edirdim. Bu təklif reallaşdı, amma 2015-ci ildə deyil, 2 sonra. Düşünürəm ki, əslində 2015-ci ilin sonunda həmin 4 milyard dolları konvertasiya edib, güzəştli kredit formasında kiçik və orta sahibkarlara şəffaf şəkildə təqdim etmək və cari tələbi ödədikdən sonra o zaman Rusiya və Qazaxıstan kimi liberal üzən məzənnəyə keçmək məqsədə uyğun olardı. Bununla belə, hətta proses yubansa da belə Neft Fondundan 2017-ci ildə Mərkəzi Banka 7.5 milyard manatlıq transfer doğru addımdır. Artıq Mərkəzi Bankın pul-kredit siyasətinin də dəyişdirilməsinə ehtiyac var. Valyuta bazarında cari tələbi ödəyib çevik siyasətlə əks-dollarlaşma prosesinə başlamaq baş bankın əsas hədəfi olmalıdır. Rəqəmlər və müqayisələr ilə Sizləri çox yormadan gəlinən nəticə belədir: əgər Neft Fondunun öhdəliklərinə tam əməl edərək makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də daxil olmaqla 7.7 milyard dolları hərraclarda satarsa və neftin dünya bazar qiymətində kəskin azalmalar və eləcə də digər fors-major halları baş verməzsə (məsələn, əmanət portfeli böyük olan bankın və ya bankların bağlanması) o zaman Mərkəzi Bank manatın dollara mövcud məzənnəsini müəyyən kənarlaşmalar ilə qoruyub saxlamağa çalışacaq. Təbii ki, qeyd etdiyimiz faktorlardan hər hansı proqnozlaşdırıldığı kimi olmazsa o zaman yenə də dolların manata nisbətən möhkəmlənməsi qaçılmaz olacaq. Digər tərəfdən, nəzər almaq lazımdır ki, valyuta bazarında Mərkəzi Bankın inzibati müdaxiləsi yenə də qalmaqdadır və bu da bazardakı vəziyyətə əsasən proqnoz verməyi, praktik olaraq, mümkünsüz edir. Bu baxımdan, manatın mövcud məzənnəsinin qorunub saxlamaq Mərkəzi Bankın hədəfi kimi görünsə də hətta ötən il ilə müqayisədə daha çox valyuta təklifi fonunda belə bu heç də asan vəzifə olmayacaq.

2. Liberal üzən məzənnəyə keçiləcəkmi?

Xatırlayırsınzsa, mən hələ ötən ilin əvvələrində 2017-ci ildə liberal üzən məzənnəyə keçidin mümkünlüyünü qeyd edirdim. Bu artıq strateji milli yol xəritəsinə daxil edilib. Bu isə o deməkdir ki, əgər 2017-ci ildə liberal üzən məzənnəyə keçilməsə o zaman yol xəritəsinin əsas fəaliyyətlərindən biri həyata keçirilməyəcək və da digər fəaliyyətlərin reallaşmasına təsir edəcək. Bu baxımdan, xüsusi fors-majorla baş verməzsə liberal üzən məzənnə siyasətinə keçid gözləniləndir. Əslində, valyuta bazarında daha çox dolların çıxarılmasının planlaşdırılması və bunu nəticəsində manatın bazasının məhdudlaşdırılmasına nail olunması liberal məzənnəyə keçidə gətirib çıxara bilər. Liberal məzənnə siyasətinə keçid olmada real sektora "isti pulların” daxil olmasını reallaşdırmaq çətin olduğundan bu fəaliyyətin yol xəritəsində daxil olması anlaşılandır. Əvvəllər də təklif etdiyim kimi, Mərkəzi bank cari tələb ödəməklə, əks-dollarlaşma prosesinə başlamaqla liberal məzənnə siyasətinə keçid edən zaman da manata pisxoloji təzyiqləri minimumlaşdıra bilər. Hər halda, hansı qərarın veriləcəyini proqnozlaşdırmaq asan olmasa da belə liberal məzənnə siyasətinə keçid istisna edilmir".

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : T.
Teqlər :
ARDNF-nun - 7.5 - milyardlıq - transferi - manata - necə - təsir - edəcək? -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:11-01-2017 12:20 - Oxundu: 236
İqtisadiyyat
27-03-2017 10:56 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-03-2017 10:19 141 dövlət əmlakı hərraca çıxarılır
27-03-2017 09:25 Mənzil bazarında qiymətlər dəyişir
27-03-2017 09:22 Dollar bu gün neçəyə satılır?
24-03-2017 12:45 SOCAR Ukraynanın Müdafiə Nazirliyinə aviasiya yanacağı satacaq
24-03-2017 10:37 Neftimiz bahalaşıb
22-03-2017 11:15 Neft ucuzlaşdı
21-03-2017 12:05 Neft bahalaşır
21-03-2017 10:11 Azərbaycandan Rusiyaya ixrac edilmiş 3,8 ton ət geri qaytarılacaq
20-03-2017 14:34 Azərbaycanda minik avtomobilləri və velosipedlərin qiyməti bahalaşıb
20-03-2017 11:31 Rusiyaya Azərbaycandan 14 tona yaxın tomatın ixracı qadağan edilib
20-03-2017 11:04 Azərbaycan yeyinti məhsullarının idxalını 27% artırıb
20-03-2017 09:54 "Petkim Petrokimya Holding AŞ” lirə ilə fəlaiyyət göstərmək istəyir
20-03-2017 09:23 Nazir Azərbaycanda məhsulların bahalaşmasına aydınlıq gətirib
18-03-2017 11:30 Novruz bayramı günlərində işləyəcək banklar - SİYAHI
18-03-2017 11:02 Banklar yanvar ayını 500 mln. manatlıq zərərlə başa vurub
17-03-2017 12:40 Kənd təsərrüfatı istehsalıçılarına 180 mln. manat yardım edilib
17-03-2017 10:59 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAH
17-03-2017 09:40 Qızıl ucuzlaşıb, neft bahalaşıb
16-03-2017 20:19 Dolların sabaha olan məzənnəsi açıqlanıb
16-03-2017 14:53 Daha bir neçə bank bağlanacaq
16-03-2017 14:23 Dolların sabaha olan MƏZƏNNƏSİ
16-03-2017 10:42 Mərkəzi Bank: FED-in qərarı dolayısı ilə bizə təsir edə bilər
16-03-2017 10:28 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
16-03-2017 09:31 Mərkəzi Bankın valyuta məzənnələri
15-03-2017 22:26 ABŞ-ın Federal Ehtiyatlar Sistemi hamının gözlədiyi qərarı açıqladı
15-03-2017 20:27 Dolların sabaha olan məzənnəsi açıqlanıb
15-03-2017 11:54 Vergilər Nazirliyi ötən il 1 mlrd. manatlıq cərimə yazıb
15-03-2017 10:32 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
15-03-2017 09:35 AMB-nin rəsmi valyuta məzənnələri
14-03-2017 20:22 Dolların sabaha olan məzənnəsi açıqlanıb
14-03-2017 14:49 Bugünkü hərracda dollar ucuzlaşıb
14-03-2017 12:49 Millət vəkili: Bakıda satılan 6-7 manatlıq ətlər qeyri-adi heyvan ətidir
14-03-2017 09:52 Azərbaycan nefti ucuzlaşmaqda davam edir
13-03-2017 21:26 Mərkəzi Bankın İdarə Heyəti toplandı - uçot dərəcəsi dəyişmədi
13-03-2017 20:17 Dolların sabaha olan məzənnəsi açıqlanıb
13-03-2017 14:41 DGK xətti ilə büdcə daxilolmaları 88% artıb
13-03-2017 14:12 BP-yə yeni regional prezident təyin olundu
13-03-2017 13:30 Ölkədə banklararası kreditlər bahalaşıb
13-03-2017 12:20 "Siyasi çağırışlar TANAP-ın icrasına təsir etmir"
13-03-2017 12:04 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
13-03-2017 11:38 "Azəriqaz": Ötən il 2,6 mln. manatlıq qaz itirilib
13-03-2017 11:26 Vergilər Nazirliyində yeni departament yaradılıb
13-03-2017 10:19 Azərbaycanda bankların mərkəzi filialları Novruzda işləyəcək
13-03-2017 09:30 Bu günə olan rəsmi valyuta məzənnələri
11-03-2017 21:22 Ətin qiyməti 6-7 manata düşəcək - RƏSMİ - VİDEO
11-03-2017 20:24 Əhali avro almaqdan imtina edir
11-03-2017 12:08 Azərbaycan, İran və Rusiya dəmir yolu ilə yükdaşıma tariflərini azaldıblar
11-03-2017 10:52 Belarusda benzinin qiyməti 1 qəpik bahalaşıb
10-03-2017 16:27 Azərbaycan fevralda 2 ton qızıl satıb
10-03-2017 12:38 Neft Fondu bəyanat yaydı - ƏDALƏTSİZLİKDİR!
10-03-2017 10:30 Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər
10-03-2017 09:45 Bir azdan ətin dadını unudacağıq - YENİ QİYMƏTLƏR
10-03-2017 09:37 Mərkəzi Bankın valyuta məzənnələri
09-03-2017 21:20 Dolların sabaha olan məzənnəsi açıqlanıb
09-03-2017 14:24 Hər bir Azərbaycan vətəndaşının xarici borcu açıqlandı
09-03-2017 13:06 Bugünkü hərracda dollar bir qədər ucuzlaşıb
09-03-2017 10:04 Mərkəzi Bankın valyuta məzənnələri
09-03-2017 09:50 Neft bahalaşıb, qızıl ucuzlaşıb
07-03-2017 20:23 Dolların martın 9-na olan məzənnəsi açıqlanıb

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır
27-03-2017 10:12
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-03-2017 10:56
Bakının ən ucuz və baha taksi xidmətləri - SİYAHI - FOTO
27-03-2017 12:09
Alimlər sübut etdi: Yumurta toyuqdan sonra yaranıb
27-03-2017 11:15
Kadırov Suriyada döyüşən çeçen döyüşçüləri mükafatlandırdı - VİDEO
27-03-2017 10:52
Yoxa çıxan eşşəklər dönərxanalardadır? - RƏSMİ AÇIQLAMA
27-03-2017 10:34
Rusiya surəti saatda 7.4 min km olan səsdənsürətli raket hazırlayır-VİDEO
27-03-2017 12:02
Dollar bu gün neçəyə satılır?
27-03-2017 09:22
BƏƏ polisi "Ginnesin Rekordlar Kitabı"na düşüb - VİDEO
27-03-2017 11:45
Bakının nəqliyyat sistemində ciddi dəyişiklik - Diqqətli olun!
27-03-2017 12:30
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az