Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Sentyabr

2017
16:03
1996
AŞPA həmməruzəçiləri gələn həftə Azərbaycana gələcəklər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Preda gələn həftə Bakıya səfər edəcəklər.

Həmməruzəçilər əvvəlcə sentyabrın 7-də Parisdə AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair hesabatlarını təqdim edəcəklər, gələn həftə isə onunla birlikdə Bakıya gedəcəklər.

Səfər çərçivəsində rəsmi şəxslər, vətəndaş cəmiyyəti nümayəndələri və başqaları ilə görüşlər gözlənilir.

Azərbaycanla bağlı hesabatın sonradan oktyabrın 9-13-də Strasburqda keçiriləcək AŞPA-nın payız sessiyasında müzakirə olunacağı və qəbul ediləcəyi gözlənilir.(Report)

Məqalədə : AŞPA 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 15:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com