Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Dekabr

2016
11:19
622
Amnesty İnternational: Arakanlı müsəlmanlara təcavüz və işgəncə edilir

FaktXəbər-in verdiyi məlumata görə, Amnesty İnternational beynəlxalq insan hüquqları təşkilatı, Arakanlı müsəlmanlara qarşı edilən zülmlərdən sonra Myanma ordusunun insanlığa qarşı cinayət törətdiyini söyləyib.

Amnesty İnternational beynəlxalq insan hüquqları təşkilatı hesabatında Myanma ordusunu müsəlmanlara təcavüz, işgəncə vermekdə ittiham edib.

Keçən ay BMT rəsmisi, Myanmanın etnik təmizləmə apardığını söyləyərkən, insan haqları təşkilatları məhv edilən kəndlərin peyk görüntülərini yayımlamışdı.

Amnesty İnternational beynəlxalq insan hüquqları təşkilatının hesabatında, təsadüfi cinayətlər, özbaşına həbs və işgəncə, 1200 evlə məktəb və məscid kimi digər binaların yandırılmasından da bəhs edilir.

Qeyd edək ki, Myanmada müsəlmanlar  illərdir ki, zülm, zorakılıq, işkəncələrə məruz qalır. Qeyri-rəsmi statistikaya əsasən ifratçı buddistlərin hücumları nəticəsində minlərlə müsəlman öldürülüb və evlərindən didərgin düşüb.
 
BMT İnsan Hüquqları Şurası bu yaxınlarda Təşkilata üzv ölkələrdə insan hüquqlarının vəziyyətinin araşdırılmasına həsr olunan Ümumdünya dövrü baxış zamanı Myanmada müsəlmanlara vətəndaşlıq statusunun verilməsinə çağırmışdı.
 
Myanmar höküməti bu baxışın tövsiyyələrinin yarıdan çoxunu, xüsusilə də Rohingya müsəlmanlarının vətəndaşlıq və siyasi hüquqlarına dair bəndləri qəbul etməmişdi.
 
Myanma rəsmiləri 1.300.000 min nəfərdən artıq olan Rohingya müsəlman cəmiyyətinin əhəmiyyətli bir hissəsini Benqal və qonşu Banqladeşdən gələn qeyri-qanuni miqrantlar hesab edir.
 
Məlumat üçün bildirək ki, Myanma hökuməti 1982-ci ildə Arakan müsəlmanlarının vətəndaşlıqlarını əllərindən alıb və hazırda onlar dövlətsiz hesab edilir. Myanmarda müsəlmanlar təhqir edilir, döyülür və öldürülürlər. Canını qurtarmaq istəyən müsəlmanlar qonşu ölkələrə qaçırlar.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru