Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Dekabr

2016
10:53
562
AMEA: Əski erməni dilini bilən mütəxəssislərə ehtiyac var

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasının ilkin təqdimatı keçirilib.

MEK-in İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova bildirib ki, təqdimatları keçirməkdə məqsəd Mərkəzi Elmi Kitabxanada mühafizə olunan qədim tarixi kitablar barədə məlumatı geniş ictimaiyyətə çatdırmaqdır.

O təklif edib ki, AMEA-nın institutları MEK-də belə təqdimatların keçirilməsinə fəal dəstək olsunlar. L.İmanova kolleksiyadakı əski erməni dilində olan 881 nüsxə ədəbiyyatın araşdırılması üçün bu sahə üzrə mütəxəssislərin cəlb edilməsinin çox vacib olduğunu vurğulayıb: “Tarixi həqiqətlərin, Azərbaycanın mənafeyini əks etdirən tarixi faktların məhz erməni mənbələrindən tapılması ölkəmizin xeyrinə olan güclü təsdiqləyici vasitə olardı”.

Təqdimat Mərkəzi Elmi Kitabxananın Komplektləşdirmə və sistemləşdirmə bölməsinin əməkdaşı Mehri Həsənli tərəfindən keçirilib. O, 2015-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasına Tarix Muzeyi tərəfindən 4 598 kitab hədiyyə edildiyini bildirib. Təqdimatda Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasına daxil olan rus, şərq və əski erməni dilində olan mənbələr barədə məlumat verilib. Xarici dildə olan ədəbiyyatdan 2050 kitab işlənilməsi və elektron kataloqa salınması qeyd edilib.

Leyla İmanova İSƏ bildirib ki, Tarix muzeyinin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi zəngin kolleksiyanın geniş ictimai təqdimatı 2017-ci ilin mart ayında AMEA-nın Milli Tarix Muzeyi, Tarix İnstitutu, Şərqşünaslıq İnstitutu və başqa institutlarının, eləcə də Türkiyə, İngiltərə, Almaniya, Fransa, Rusiya, Gürcüstan və başqa aidiyyəti olan səfirliklərin iştirakı ilə planlaşdırılır. (Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : AMEA erməni dili 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru