Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 İyul

2017
16:18
448
Altı tələbənin ölümünə səbəb olan sürücü avtobusu həm də etibarnaməsiz idarə edirmiş

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

FaktXəbər-in APA-ya istinadən məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vüqar Bayramov ifadə verib. 

Vüqar Bayramov deyib ki, "Ford" markalı mikroavtobusu N. Hüseynova hadisədən bir həftə əvvəl icarəyə verib.

Onun sözlərinə görə, mikroavtobusu icarəyə verərkən nasaz olduğunu deyib: "Ancaq o dedi ki, özü təmir edəcək. Avtobusda 18 oturacaq var idi. Danışığımız belə oldu ki, Namiq aylıq 700 manat pul verməli idi. Hadisə nəticəsində mikroavtobusa 5 min 900 manat məbləğində ziyan deyib. Ancaq Namiqə qarşı hər hansı şikayətim yoxdur". 

Hakimin suallarını cavablandıran V. Bayramov mikroavtobusu N. Hüseynova etibarnaməsiz icarəyə verdiyini də etiraf edib: "Mən mikroavtobusu ona vermişdim, amma demişdim ki, etibarnaməni sonra alarıq. Mən bilmirdim ki, o, mikroavtobusu belə tezliklə idarə edəcək". 

Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.

Məqalədə : qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru