Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Aprel

2017
15:38
1052
Alimlər hörümçək toru qarşısında çarəsiz qalıblar - ARAŞDIRMA

Bu günün özündə belə, Darvinin nəzəriyyəsinə inananlar var. Onlar hər şeyin öz-özünə yarandığını iddia edirlər. Amma heç zaman öz iddiaları barədə düşünmürlər, düşünsələr nə qədər səhvlərə yol verdiklərini görərlər. 

FaktXəbər-in məlumatına görə, mütəxəssislər və elm adamları texnologiya və sənayedə əsl mühəndislik möcüzəsi olan hörümçək torundan istifadəyə çalışırlar. İz qoymayan əməliyyat saplarından çox yüngül kabellərə, güllə keçirmir parçalardan təhlükəsizlik kəmərlərinə qədər bir çox sahədə istifadəsinə çalışılan torların sirrini tapmağa çalışarkən mütəxəssislər maraqlı kəşflər ediblər. 

Diametri bir millimetrin mində birindən daha kiçik olan hörümçək ipəyinin eyni qalınlıqda polad simdən 5 dəfə daha möhkəm olduğu müəyyən edilərkən, torun öz uzunluğundan 4 dəfə artıq uzandığı da ortaya çıxıb. Bundan başqa müəyyən edilib ki, son dərəcə yüngül olmaq xüsusiyyətini də özündə saxlayan hörümçək torlarını ekvator xətti boyunca uzatsaq, çəkisi cəmi 320 qrama çatar.

Hörümçəklərin toxuduqları iplərin xammalını saç, dırnaq, tük və dəri kimi bir-birindən çox fərqli maddələrin əsasını təşkil edən "keratin" adlı zülaldan əmələ gəldiyini müəyyən edən zooloqlar, hörümçək ipəyini qırmaq üçün lazım olan enerjinin oxşar bioloji materialları qırmaq üçün lazım olan enerjidən on qat daha çox olduğunu ortaya çıxarıblar.

Rəng koru olan hörümçəklərin pozulan şəbəkəsini yeyərək yenidən ipək istehsal etdiyini də vurğulayan mütəxəssislər, şəbəkələrin tamamilə bərpa olunması səbəbi ilə bunu da araşdırmaları sırasına daxil etdiklərini bildirirlər. 

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru