Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

12 İyul

2017
15:17
773
Alimlər: 20 ildən sonra insanların kütləvi ölümü başlayacaq

20 ildən sonra insanların kütləvi ölümü başlayacaq. FaktXəbər-in Mirror-a istinadla məlumatına görə, bu barədə Stenford Universitetinin alimləri xəbər veriblər.

«Milli Elmlər Akademiyasının əməyi» adlı nəşrdə dərc olunan hesabata görə, növlərin populyasiyası sürətlə azalır. Bu Yerin kütləvi ekstinksiyasının 6-cı mərhələsi ilə əlaqədardır. Əvvəllər 100 ildə 2 növ məhv olurdusa, bu gün ildə 2 növ məhv olur.

«Əvvəllər bizimlə Yeri paylaşan  canlıların 50 faizi artıq yoxa çıxıb. Biz vurğulayırıq ki, 6-cı kütləvi ölüm mərhələsi artıq qədəm qoyub və 20-30  il davam edəcək», - deyə məqalədə bildirilir.

Sənəddə deyilir ki, ekosistem arasında qarşılıqlı münasibətlə əlaqədar  növlərin məhvi ümumiyyətlə hər şeyə mənfi təsir göstərəcək. Sonda insan da bu neqativ effekti hiss edəcək.

Hesabat 27,6 min məməlinin,  suda-quruda yaşayanlaın və sürünənlərin analizinə əsasən hazırlanıb. Alimlər növlərin həm tamamilə, həm də qismən yox olduğunu bildirirlər. Məsələn, 1993-cü ildən afrika şirlərinin populyasiyası 43 faiz azalıb.

Bununla belə alimlər bildirirlər ki, problemin həllinə indi başlanılsa kütləvi ölümün nəticələrini minimuma endlirmək olar.

Məqalədə : nəsli kəsilən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru