Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Aprel

2017
17:19
510
Ali məktəblərə ərizə qəbulunun müddəti uzadılıb

I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 11 aprel saat 23:59-dək uzadılıb.
 
Dövlət imtahan Mərkəzindən FaktXəbər-ə verilən xəbərə görə, abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.
 
Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan və ya hər hansı bir səbəbdən ərizəsini özü təsdiq edə bilməyən abituriyentlər üçün SQK-lar aprelin 11-də saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.
 
Elektron ərizəsinin təsdiq olunmasını təmin etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru