Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2013
15:58
“İşğal altında – Ağdam” kompüter oyunu yaradılıb - VİDEO
Bu, işğal altında olan bölgələrimizə həsr edilmiş sayca ikinci kompüter oyunudur

Bakıda "İşğal altında - Ağdam" kompüter oyununun təqdimat mərasimi keçirilib.

"İşğal altında - Ağdam" kompüter oyunu Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "AzDimension" gənclərdən ibarət təşəbbüs qupu tərəfindən hazırlanıb.

Bu, işğal altında olan bölgələrimizə həsr edilmiş sayca ikinci kompüter oyunudur. İlk oyun "İşğal atında - Şuşa" bir il əvvəl kompüter oyunları həvəskarlarına təqdim edilmiş və böyük marağa səbəb olmuşdu. Yeni oyunda isə eyni zamanda Azərbaycanın hərbi sənayesinin uğurları, istehsal olunan silah və texnikalar da yer alıb.

Qeyd edək ki, kompüter oyunu döyüş janrında hazırlanıb və Qarabağ müharibəsini əks etdirir. Oyunda əsas hədəf Ağdam şəhərini işğalçılardan azad etməkdən ibarətdir. Yeni oyunda kompüter qrafikası təkmilləşdirilib, xüsusi effektlərdən istifadə edilib. Oyunun qrafikası Qarabağın, həmçinin Ağdam şəhərinin real görüntüləri üzərində qurulub. Şəhərin görüntüləri 2 zaman kəsiyində - işğaldan öncə və işğaldan sonra göstərilib.

Qeyd edək ki, oyunu yaxın zamanlarda www.isgalaltında.com saytından və www.facebook.com/AzDimension sosial səhifəsindən yükləmək mümkün olacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Şərhlər
Israil Mamedov tərəfindən 08-10-2013 14:45:43 tarixində yazıldı
İşqal altında Aqdam
Inanmiram ki bu cur qrafika dunyaya maraqli olsun. cox zeif qrafiqaya malik bir oyun olaraq maraqli olmayacaq.Qarabag ugrunda daha cox pul xercleyerek mutexessisler celb etmek olardi
Şahin tərəfindən 10-10-2013 09:49:05 tarixində yazıldı
10.010.2013
Bu oyun nəinki dünyanın heç öz gənclərimizin belə maraöına səbəb ola biləcəyinə inanmıram. Madam ki belə vətənpərvər iş görülür onda daha yaxşı olardı ki daha çox pul xərcləyib daha yaxşı məhsul təqdim edəydiniz. bu isə sadəcə iş olsun deyə işdir.
əli ismaylov tərəfindən 24-10-2013 14:25:40 tarixində yazıldı
mən ermənilərə nifrət edirəm
ağcəbədi hindarx qəsəbəsi
əli əsğər ismaylov tərəfindən 24-10-2013 14:31:52 tarixində yazıldı
ermənilərə nifrət edirəm
birincisi mən musəlman
MURAD MURADOV tərəfindən 02-12-2013 18:16:08 tarixində yazıldı
AGDAMLI
YAXSI OYUNDU.............AMMA BU AGDAMI ALMAGI GENCLERE OYUNDA YOX REYAL HEYATDA OYRETMEK LAZIMDI...BU VETEN DERDI BIZLERIN YADDASINDA OYUN KIMI YOX CANLI BIR DOYUS KIMI QALMALIDI..........SEXSEN MEN BIR AGDAMLI OLARAQ ALIBAS KAMANDANNAN DOYUSE EMIR GOZLUYUREM...............IRELI AZERBAYCAN IRELI QARABAG IRELI AGDAM
gulmemmedov yusif tərəfindən 14-12-2013 17:24:00 tarixində yazıldı
agdamli
qisas
Qeribov Turkay tərəfindən 14-03-2014 11:22:06 tarixində yazıldı
salam oyunu nece ve hardan yukleym satista var??????
zehmet olmasa oyunu nece ve hardan yukleye bileceyimi mene teqdim ederdiniz meylim [email protected] facebok adresim https://www.facebook.com/prosta.aklin
messi tərəfindən 09-04-2014 16:55:54 tarixində yazıldı
123
ela oyundu amma yuklede bilmirem
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 14:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com