Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 Fevral

2017
16:34
1448
ABŞ əvvəlcə bombaladı, sonra qadağan etdi - ANALİZ

Prezident fərmanı ilə ABŞ qapılarını Suriya, İraq, İran, Liviya, Yəmən, Sudan və Somalidən gələnlərə 90 günlüyünə bağlayan yeni prezident Donald Trampın "terrorçulara mane olmaq üsulu" tənqidlərin hədəfi olub.

FaktXəbər-in məlumatına görə, "Qara siyahı"ya salınan ölkələrin çoxunun son illərdə Amerika ordusunun hücumlarına məruz qalması diqqət çəkir.

Suriya

Qadağa siyahısına salınan ölkələr arasında İŞİD təhdidinə görə də adı tez-tez hallanan Suriya ilk yerdədir. Bu ölkə ABŞ-ın eks-prezidenti Barak Obama dövründə Amerika ordusunun ən çox bombaladığı yerdir.

Xarici Əlaqələr Şurasının dərc etdiyi hesabatda təkcə 2016-ci ildə Amerika Hərbi Hava Qüvvələrinin Suriya və İraqa atdığı bomba sayının 24 mindən çox olduğu göstərilir.

ABŞ-da qaçqınların işi ilə məşğul olan təşkilatların dərc etdiyi məlumatlara görə, bu günə qədər ABŞ-a qəbul edilən 12 min suriyalı qaçqınlardan heç birinin adı terror hücumuna qarışmayıb.

İraq

Dövrün ABŞ prezidenti Corc Buş tərəfindən 2003-ci ildə işğal edilən İraq da Amerika ordusunun son dövrdə ən çox müdaxilə etdiyi ölkələrdən biridir. 2003-cü ildəki işğaldan sonra süni şəkildə yaradılan məzhəb qarşıdurmalarının girdabına çevrilən ölkədə yüz minlərlə insan dünyasını dəyişib, siyasi qeyri-sabitlik bütün vətəndaşların həyatına təsir göstərib. 

İŞİD təhdidi ilə də məşğul olmaq məcburiyyətində qalan İraq, terrora qarşı ən çox dəstək gözlədiyi Vaşinqton rəhbərliyinin viza qadağasından şoka düşüb.

Liviya

Birləşmiş Millətlər Təşkilatının verdiyi qərarla 2011-ci ilin mart ayında başlayan və oktyabr ayında Liviya prezidenti Müəmmər Qəddafinin öldürülməsi ilə nəticələnən əməliyyatlar ölkəyə sabitlik və əmin-amanlıq gətirmədi. Qəddafidən sonrakı dövrdə ciddi böhranlar yaşayan və siyasətdə də parçalanan ölkənin bəzi bölgələrinə İŞİD terrorçuları tam şəkildə nəzarət edir.

Yəmən

Yəməndə 2015-ci ilin əvvəlində baş verən xalq üsyanından sonra Səud rejiminin başçılıq etdiyi koalisiyanın bombardmanı və Əl-Qaidə terror təşkilatının vətəndaşlara verdiyi zərər pik həddinə çatıb. Bu gün də Səud rejiminin bombardmanlarının ard-arası kəsilmir və əməliyyatlar birbaşa ictimai obyektlərə qarşı həyata keçirilir.

Somali

Əş-Şəbab terror təşkilatının varlığı dolayısıyla Obama rəhbərliyi tərəfindən daim bombalanan Somali də qeyri-sabitlikdən yaxa qurtara bilmir. Əş-Şəbaba qarşı xüsusilə pilotsuz təyyarələrlə çoxlu sayda hücum həyata keçirən ABŞ-ın 2007-ci ildə Efiopiyanın Somali işğalına dəstək verməsi və sonda regiondakı hərbi görünüşünü artıran yeni bazalar qurması mübahisələr yaratdı. 

Siyahıdakı ölkələrin tarixi təmizdir

"Atlantik" jurnalında Uru Fridmanın imzası ilə dərc edilən "Amerikanın terrorçuları əslində haradan gəlir?" başlıqlı məqalə, Trampın viza qadağası siyahısının mövcud mənzərəni düzgün əks etdirmədiyini ortaya qoyur.

Məqalədə göstərilir ki, 1975-2015-ci illəri arasında bu 7 ölkənin vətəndaşlarının ABŞ-da törətdiyi terror hücumları və öldürülüən adam sayı sıfırdır. Yenə bu dövrdə yalnız 6 iranlı, 6 sudanlı, 2 somalili, 2 iraqlı və 1 yəmənli terror cinayətlərdən məhkum edilib. Amma onların da hansısa terror aktı törətməsi faktı yoxdur.

Maraqlıdır ki, dünyada baş verən terror aktlarının birbaşa baiskarı və maliyyəçisi olan Səudiyyə ərəbistanına Donald Tramp viza qadağası tətbiq etməyib. Bir halda ki, Tramp İŞİD terror təşkilatının Barak Obama tərəfindən yaradıldığını birbaşa özü deyib. İŞİD terror təşkilatının ideoloqlarının kimliyi isə artıq heç kəsdə şübhə doğurmur.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru