Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 Avqust

2017
14:47
608
ABŞ, İsrail və Rusiya arasında gizli görüş: Təl-Əviv yenə narazı qalıb

FaktXəbər-in verdiyi məlumata görə, Vaşinqton, Təl-Əviv və Moskva Suriyanın gələcək taleyi ilə bağlı gizli toplantı keçirib. Bu barədə "Haaretz" qəzeti yazıb. Nəşrin yazdığına əsasən, İsrail-Suriya və İordaniya-Suriya sərhədlərində təhlükəsiz zona yaradılması ilə bağlı keçirilən görüş İsrail rejimi üçün nəticəsiz yekunlaşıb.

Qeyd edək ki, ABŞ, İsrail və Rusiya rəsmilərinin ötən ayın əvvəli İordaniyanın paytaxtı Əmmanda təşkil olunan toplantısında razılıq əldə olunmayıb. Görüşdə İsraili Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, "MOSSAD" Kəşfiyyat Xidməti və ordudan yüksəkçinli rəhbərlər, ABŞ-ı Maykl Ratney və Brett Mcgurk, Rusiyanı isə Putinin Suriya nümayəndəsi Aleksandr Lavrentiyev təmsil edib.

İsrail rejimini görüş zamanı narahat edən məqamlardan biri də həm ABŞ, həm də Rusiyanı Suriyadakı İran varlığının narahat etməməsi olub.  

Məqalədə : Rusiya ABŞ və İsrail 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru