Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

17 Mart

2017
23:21
311
ABŞ Xüsusi Xidmət orqanının xüsusi noutbuku oğurlanıb

ABŞ Xüsusi Xidmət orqanının avtomobilindən içərisində "Trump Tower"in layihəsi, Hillari Klinton barədə aparılan araşdırma barədə məlumatlar və ABŞ milli təhlükəsizliyinə aid olan digər mühüm informasiyalar olan noutbuk oğurlanıb. FaktXəbər-in məlumatına görə, bu barədə ABC telekanalı xəbər yayıb.

Bildirilir ki, hadisə cümə axşamı Nyu-Yorkda baş verib. "Reuters"in məlumatına görə, bu barədə Xüsusi Xidmət orqanı faktı təadiqləyib. Məlumatda həmçinin bildirilir ki, orqan əməkdaşlarına dövlət əhəmiyyətli informasiyaların şəxsi noutbukda saxlanılması qadağan edilib. 

ABŞ hökuməti oğurlanmış noutbukun axtarışına başlayıb. Polis videokameralar vasitəsi ilə cinayətkarların tapılmasına ümid edir.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com