Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Aprel

2017
09:09
1458
ABŞ Suriya ordusunun Homsdakı hərbi bazasını vurdu - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi Suriya ordusunun hərbi bazasına raket zərbəsi endirdiyini açıqlayıb. "CNN" telekanalının məlumatına görə, məqsəd Homs şəhərində yerləşən "Şəyrat" aerodromunu vurmaq olub.
 
"NBC" telekanalı administrasiyadakı mənbəyə istinadən bildirir ki, Amerika hərbi gəmisindən Suriya ordusunun bazasına bu gecə 03:00-04:00 radələrində 50 ədəd "Tomaqravk" raketi atılıb.

"France Presse" agentliyi atılan raketlərin sayının 70 olduğunu açıqlayıb.

"Sana" agentliyi dinc sakinlar arasında qurbanlar olduğunu açıqlayıb.
 
Rəsmi Vaşinqton Homsdakı hərbi aerodromun vurulmasını ötən gün Suriyanın İdlib şəhərinə ordu qüvvələrinin avia zərbə endirməsi ilə əlaqələndirib.

Qeyd edək ki, "Şəyrat" aerodromu Suriya ordusunun İŞİD terrorçularına qarşı keçirdiyi əməliyatlarda əsas rol oynayır. Məhz bu hərbi bazanın fəaliyyəti İŞİD terroçularına müxtəlif şəhərlərdə sarsıdıcı zərbələr endirməsinə səbəb olur.

ABŞ ordusu Homsdakı bazanı vurmadan öncə Rusiya Müdafiə Nazirliyini mümkün raket zərbəsi ilə əlaqədar xəbərdar edib. Bu barədə Pentaqonun mətbuat xidmətinin nümayəndəsi "RİA Novosti"yə bildirib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2017 22:24

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru