Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Noyabr

2016
13:45
892
ABŞ-ın Azərbaycandakı səfirliyi güzəştli viza verəcək

ABŞ səfirliyi konsulluq şöbəsinin davam etdiyi konsulluqda müştəri xidmətlərinin təkmilləşdirilməsi və viza prosesinin sürətləndirməsi sahəsində göstərdiyi səylərinin bir hissəsi olaraq ABŞ vizalarını yeniləmək üçün müəyyən təcrübəli ərizəçilər üçün Azərbaycanda Müsahibəsiz Güzəştli Viza Proqramını tətbiq edir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, artıq bütün tələblərə cavab verən, öz vizalarını təzələmək istəyən və vizalarının müddətinin başa çatmasına 12-48 ay qalmış Azərbaycan vətəndaşlarının konsulla görüşmələri tələb olunmayacaq.

Təcrübəsi olan ərizəçilər yalnız viza üçün ərizə formasını doldurmalı, DS-160 tamamlanmış ərizə formasının sürətini çıxartmalı, viza rüsumunu ödəyib, vacib olan sənədlərin hamısını Visa Document Courier Services  (Viza Sənədlərin Kuryer Xidmətinə) təqdim etməlidirlər. 1 yanvar 2008-ci il tarixinə kimi viza alan şəxslər səfirliyə gəlib öz barmaq izlərini verməlidirlər.

Konsul ərizə paketini nəzərdən keçirəndən sonra qərar qəbul edəcək. Konsulun əlavə  sualları olmadan viza 5 gün ərzində götürmək üçün hazır ola bilər. Əgər konsulun ərizə ilə bağlı hər-hansı sualı olsa ərizəçi ilə əlaqə saxlanılıb səfirlikdə müsahibə təşkil olunacaq.

ABŞ-n Bakıdakı səfirliyi Müsahibəsiz Güzəştli Viza Proqramı həyata keçirməklə ABŞ vizasını  təzələmək istəyən Azərbaycan vətəndaşlarının  viza ərizə prosesini daha tez və rahat şəkildə keçirilməsinə çalışır.

Onlayn şəkildə viza ilə bağlı görüşü planlaşdırarkən Müsahibəsiz Güzəştli Viza Proqramında iştirak etmək məqsədi ilə təcrübənizi araşdırmaq üçün sizdən bir sıra suallar soruşacaqlar.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru