Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Sentyabr

2017
21:29
1011
Aşağı siniflərdə kitab çatışmır: olanlar da yararsız vəziyyətdədir - VİDEO

Orta məktəblərin aşağı siniflərində kitab çatışmır, paylanılan dərsliklərin isə səhifələrinin yarısı yoxdu və ya istifadəyə yararsızdır.

Sabirabad rayonu, Çöl-Beşdəli kənd orta məktəbində kitab problemi yaşanır.

Valideynlər əsasən də ibtidai siniflərdə təhsil alan şagirdlərə paylanılan kitabların yararsız olmasından şikayətlənirlər.

Onlar deyirlər ki, paylanılmış dərs vəsaitlərinin səhifələrinin yarısı yoxdu. Bəzi kitablar 30-40-cı səhifədən başlayır.

Həm kitabların yararsız olması, həm də səhifələrinin əksik olması barədə məktəb direktoruna məlumat verilib.

Valideynlər övladlarının təhsildən geri qalmasından narahatdır.

Kənd məktəbindən isə bildirilib ki, valideynlərin şikayəti ilə bağlı məktəb rəhbərliyi Rayon Təhsil Şöbəsinə müraciət edib. Yarasız olan dərs vəsaitləri yeniləri ilə əvəz olunacaq.

Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, məsələ ilə bağlı onlara müraciət olunub. Hazırda çatışmayan dərsliklərin siyahısı hazırlanır. Bu siyahı əsasında məktəbə yeni vəsaitlər veriləcək. (Xezerxeber)

Məqalədə : dərslik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru