Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

12 Yanvar

2017
16:35
840
Aİ “Skype” və “WhatsApp” mesencerləri üçün qaydaları sərtləşdirir

Avropa Birliyi  IT kompaniyalar üçün qanun layihəsi hazırlayıb. Bunun sayəsində  istifadəçilər  sosial şəbəkədə güncəllədikləri  informasiyaların  məxfiliyinə nəzarəti gücləndirə biləcəklər. FaktXeber.com-un məlumatına görə, bu barədə RuNews24 xəbər yayıb.

Ehtimal olunur ki, beləliklə Google, Facebook, həmçinin Skype, Viber və Whatsapp mesencerlərinin  istifadəçilərin  şəxsi məlumatlarına girişi məhdudlaşacaq.

«Mən elektron kommunikasiyaların  və şəxsi həyatların məxfiliyini təmin etmək istəyirəm», - deyə deyə Aİ Vahid Rəqəmsal Bazarlar məsələləri üzrə sədr müavini Andrus Ansoip bildirib. 

Bundan sonra hədəflənən reklamın nümayişi üçün istifadəçilər barədə şəxsi məlumatları əldə etmək məqsədilə IT şirkətləri müvafiq sorğu göndərməli olacaqlar. Həmçinin istifadəçinin yeri və onun danışığının müddəti ilə bağlı məlumatların alınması qaydaları da sərtləşdiriləcək. 

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com