Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2009
17:31
ADP-nin üzvlərinə DSK-larda süni əngəllər yaradılıb
Taliyət Əliyev: "Bu faktlar bir daha onu göstərir ki, hakimiyyət ölkədə demokratik seçki keçirmək iradəsinə hələ də malik deyil"

Məlum olduğu kimi qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı namizədlərin qeydə alınması mərhələsi artıq başa çatıb. Bu mərhələnin başa çatdığı ərəfədə vəziyyətin yerdə olması ilə bağlı artıq bir neçə gündür sizlərə ardıcıl məlumatlar təqdim edirik. Ölkənin aparıcı müxalifət partiyalarından olan ADP-nin seçkilərə hazırlıqla bağlı kifayət qədər problemləri var. Sözügedən problemlərlə bağlı ADP sədrinin müavini Taliyət Əliyev FaktXəbərə məlumat verib. “ADP bu seçkilərdə partiya kimi iştirak etmədiyindən, üzvlər öz təşəbbüsü ilə seçkilərə qoşulub. Təxminən 200 nəfər partiya üzvümüz seçki kampaniyasına qoşulmuşdu. Yüz nəfərdən yuxarı namizədlər seçki kampaniyasının birinci mərhələsində yerli hakimiyyət orqanlarının bu ya digər təzyiqləri nəticəsində kampaniyadan uzaqlaşdı. İmzatoplama kampaniyası ərəfəsində namizədlərimizə qarşı təqiblər davam etdi. Bütün bunlara baxmayaraq, 100 nəfərə yaxın partiya üzvümüz çətinliklə olsa, imzatoplama kampaniyasını başa vuraraq, sənədlərini müvafiq seçki komissiyalarına təhvil vermişdilər. Namizədlərin qeydə alınması mərhələsində bu vaxta qədər hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi analoji qeyri-qanuni hərəkətlər davam etdi. Kimlərinsə imzaları saxta çıxarılmaqla, kimlərinsə xırda texniki səhvlərə görə namizədlikləri qeydə alınmadı. Ən acınajaqlısı isə odur ki, bir çox hallarda partiya üzvlərimizin namizədliklərinin qeydiyyatından imtina edilməsi DSK-ların qəbul etdikləri qərarlarda heç ilə izah olunmayıb. Hətta elə DSK-lar var ki, namizədlərin qeydiyyatı məsələsini 10 gün ərzində həll etməli olduqları halda vaxtı bilərəkdən qeyri-qanuni olaraq uzatmışlar. Namizədlərin komissiyanın iclasının işində iştirakı təmin olunmamış, namizədlər onların qeydiyyata alınmaması ilə bağlı qəbul edilən qərarlarla vaxtında məlumatlandırılmamış, qərarlar namizədlərə verilərkən süründürməçilik halları olmuş, qərarları verdikləri günə rəsmiləşdirməkdən qəsdən imtina edilmiş ki, namizədlər qanunvericiliyə görə qərarı aldıqdan sonra 3 gün ərzində yuxarı instansiyalara müraciət etmək imkanı olmasın. Hətta elə hallar var ki, namizədlərin qeydə alınması mərhələsi başa çatsa da, bu günədək DSK-lar onlara namizədliyinin qeydə alınıb-alınmaması ilə bağlı hələ məlumat verməyib. MSK-ya olunan müraciətlərdən isə səs-soraq yoxdur. Bu faktlar bir daha onu göstərir ki, hakimiyyət ölkədə demokratik seçki keçirmək iradəsinə hələ malik deyil. Eyni zamanda bu faktlar artıq bələdiyyə seçkilərinin nəticələrini ciddi şəkildə şübhə altına alır.

 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54066

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52184

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53619

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53364

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58713

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52989

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53378
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 04:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru