Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2021
14:23
Azad edilmiş ərazilərə çəkilmiş elektrik xətləri ilə internet də ötürüləcək

"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Prezident İlham Əliyevə rəhbərlik etdiyi qurumun “Ağıllı şəbəkə konsepsiyası” əsasında gördüyü işlər barədə məlumat verib.

Sədr bu barədə dövlət başçısını Bakının Xəzər rayonunda yeni tikilmiş 110/35/10 kilovoltluq “Buzovna-1” yarımstansiyasının açılışında məlumatlandırıb.

O, qeyd edib ki, Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin elektrik təchizatının təmin edilməsində ilk dəfə müasir tipli mühafizəli və izolyasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatında innovativ texnologiyaların tətbiqi uğurla davam etdirilir. Belə ki, müasir tip mühafizəli və izolyasiyalı kabel xətlərinin texniki-iqtisadi səmərəliyini artırmaq məqsədilə yeni fiber-optik kanalla təchiz edilmiş mühafizəli kabellərin tətbiqi nəzərdə tutulub. Bununla da həm elektrik enerjisi, həm də keyfiyyətli internet şəbəkəsinin ötürülməsi mümkündür. Beləliklə, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən yüksəksürətli internet şəbəkəsinin yaradılması üçün əlavə infrastrukturun qurulmasına ehtiyac qalmır və iqtisadi səmərəlilik göstəriciləri yüksəlir. Digər tərəfdən hər bir abunəçinin bir kabel xətti ilə həm elektrik enerjisi, həm də dayanıqlı və yüksəksürətli optik kanalla internet və rabitə xətlərinə çıxışı olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
302

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
398

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
382

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
423

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
428
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2021 22:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru