Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2020
15:28
Azərbaycana 41 təcili tibbi yardım avtomobili gətirilib

Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən respublikaya ümumilikdə 41 ədəd olmaqla, 39 ədəd yeni, müasir avadanlıqlarla təchiz olunan təcili tibbi yardım avtomobili və 2 ədəd ambulans-perinatal gətirilib.

Agentlikdən verilən məlumata görə, ambulans-perinatal tibb müəssisələrində anadan olan patoloji yenidoğulmuşların burada göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları üçün müvafiq perinatal mərkəzlərə çatdırılmasını həyata keçirəcək.

Bu avtomobillər yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün bütün lazımi tibbi avadanlıqlar və küvez aparatları ilə təchiz ediliblər. Qeyd edək ki, respublikaya gətirilən yeni, müasir standartlara cavab verən ambulans-perinatal ölkə səhiyyəsində yenilikdir.

39 ədəd təcili tibbi yardım avtomobilinin salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdirlər. Belə ki, ambulanslar kardiomonitor, 3 növ xərək, vakuum şinalar, salondakı hərarəti tənzimləmək üçün klimat-kontrol, işıqlanma sistemi (evimə qədər ötür) və s. xüsusiyyətlərlə təchiz ediliblər.

Avtomobillər ölçü baxımından kiçik olmaları ilə də fərqlənirlər. Bu da onlara tıxac və ya dar olan küçələrdə sərbəst manevr etməyə imkan verir. Həmçinin avtomobillər daha az yanacaq sərf edirlər. “Fiat” markalı “Doblo” modeli təcili tibbi yardım avtomobilləri Türkiyə Respublikasında istehsal olunublar.

Qeyd edək ki, təcili tibbi yardım avtomobilləri Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (15 ədəd), Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasına (10 ədəd) və Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasına (7 ədəd) təhvil veriliblər.

Bu ilin sonuna kimi 41 ədəd təcili tibbi yardım avtomobilinin və 2 ədəd ambulans-perinatalın ölkəyə gətirilməsi nəzərdə tutulub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53836

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51973

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53428

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53183

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58528

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52771

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53202
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-11-2020 02:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru