Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2020
10:52
Səyyar ASAN xidmət davam edir

Səyyar ASAN xidmətin ölkə üzrə fəaliyyəti davam etdirilir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, ASAN xidmət 10 – 25 iyun tarixlərində Qaradağ rayonunun Qobustan qəsəbəsi, Hacıqabul, Xudat, Lənkəran, Tərtər, Göyçay, Qazax, Zaqatala, Beyləqanda, 10 – 29 iyun Xırdalanda, 10 iyun – 4 iyul Şəmkirdə vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi; (Bakı və Sumqayıt Səyyar ASAN xidmət avtobusları)

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);

- Tərcümə xidməti (Bakı, Gəncə, Sumqayıt, İmişli və Masallı Səyyar ASAN xidmət avtobusları)

- Tibb xidməti;

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə : Səyyar ASAN xidmət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 10-cu gününün duası - AUDİO

22

Aprel
20:30
MƏNƏVİYYAT
120

Sağalanların sayı yoluxanları keçdi

22

Aprel
18:04
ÖLKƏ
191

DİN əhaliyə müraciət etdi

22

Aprel
16:43
HÜQUQ,HADİSƏ
187

Sabaha gözlənilən hava açıqlandı

22

Aprel
13:30
ÖLKƏ
233

Lukaşenko Rusiyada

22

Aprel
12:45
DÜNYA
230

Çin Putinin təklifini dəstəklədi

22

Aprel
12:32
DÜNYA
338

Nazirliyin vəzifəli şəxsi həbs edildi

22

Aprel
12:18
HÜQUQ,HADİSƏ
437
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 01:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru