
Bakının Yasamal rayonu ərazisindəki yaşayış binasında karantin qaydasını pozduğu üçün saxlanılan 11 nəfərdən birinin evindən çıxarılaraq aparılmasının videosu yayılıb.
Bu gün səhər saatlarında Çevik Polis Alayının geniş əməliyyat qrupunun həmin binalarda keçirdiyi saxlanma zamanı davranışı tənqidi fikirlərin onların üzərinə yönəlməsinə səbəb olub.
Polis əməkdaşlarının mənzillərə daxil olaraq dünənki etirazda iştirak etdiyindən şübhəli bilinən şəxsləri yatdığı yerdə yarıçılpaq formada saxlayıb evdən çıxarması narazılığa səbəb olub. Sosial şəbəkələrdə yayılan əməliyyat videolarından birində 5-6 polisin evə daxil olması və qadınların onlara “evdə uşaq var, qorxar” deməsinə baxmayaraq yataq otağına girərək şübhəli şəxsi yarıçılpaq halda saxlaması tənqidlə qarşılanıb.
Dünən zibil atanları tənqid edib polisi müdafiə edən vətəndaşlar bu gün polis əməkdaşlarının bu hərəkətinə narazılıqlarını bildiriblər. Sosial şəbəkə istifadəçiləri reaksiyalarda “sanki zibil atan yox, terrorçu saxlanılır” deyə tənqidi fikirlər səsləndiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, polis həmin şəxslərlə qanun çərçivəsində davranıb: “Terrorçu kimi davranılmayıb. Xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının üzərinə eyvanlardan müxtəlif məişət əşyaları atıblar. Polisin araşdırmaları zamanı həmin şəxslər müəyyən olunub, polis də həmin şəxsləri məsuliyyətə cəlb edib. Qanunun polisə verdiyi səlahiyyətlər çərçivəsində polis hərəkət edib”.

İsrail növbəti dəfə Qəzzanı bombaladı, yaralananlar və dağıntılar var - VİDEO
17
Aprel
Azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirən amillər AÇIQLANDI
17
Aprel
ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”
17
Aprel
DYP avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə müraciət edib
16
Aprel
Tiflisdə silahlı şəxslər Gürcüstan Bankına basqı edib insanları girov götürüblər
16
Aprel15-04-2021 11:17 ABŞ-da polis nümayişçilərə atəş açdı
14-04-2021 14:53 Yol polisi uşağı xidməti maşınla vuraraq öldürdü
10-04-2021 10:35 Polis əməliyyat keçirdi, həbs edilənlər var - VİDEO
02-04-2021 14:12 Polis vətəndaşın avtomobilindəki yükü dağıdıb? - DİN-dən AÇIQLAMA
30-03-2021 14:18 Bakıda polis atəş açdı: Yaralanan var
29-03-2021 17:30 Polislə bağlı yayılan video haqda - Rəsmi açıqlama
- 15-04-2021 11:52 Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi
- 14-04-2021 14:53 Yol polisi uşağı xidməti maşınla vuraraq öldürdü
- 12-04-2021 17:09 İki icra başçısının həbs müddəti uzadıldı
- 12-04-2021 11:45 DİN Qubad İbadoğlunun qızının iddialarını araşdırır
- 10-04-2021 10:35 Polis əməliyyat keçirdi, həbs edilənlər var - VİDEO
- 09-04-2021 14:52 Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
- 09-04-2021 11:43 Bakıda evdən 10 min manatlıq oğurluq edildi
- 08-04-2021 15:21 İki şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb
- 08-04-2021 15:04 Müəllim onlayn dərsə hazırlaşarkən vəfat etdi
- 07-04-2021 14:38 Məktəb direktoruna cinayət işi açılıb
- 07-04-2021 10:58 Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor həbs edildi
- 06-04-2021 17:21 Ağdaş Mərkəzi Xəstəxanasının rəhbərinə cinayət işi açıldı
- 06-04-2021 16:40 Qara maska, oyuncaq tapança, saxta paqonlar - FOTO
- 05-04-2021 11:23 Rasim Quliyevin həbsi ilə bağlı - Rəsmi açıqlama
- 03-04-2021 11:19 Hacıbala Abutalıbovun “sağ əli” HƏBS EDİLDİ - FOTO
- 02-04-2021 15:40 "Məhkəmə-Hüquq Şurası haqqında" qanunda dəyişiklik
- 02-04-2021 14:25 Prokuror Hacı İlham Əliyeva 18 il iş istədi
- 31-03-2021 12:28 Hüseyn Abdullayev vətəndaşlıqdan çıxmaq istəyir
- 31-03-2021 10:57 Ödəmə terminallarından 25 min oğurluq edənlər saxlanılıb
- 30-03-2021 19:11 Prokuror Yunis Səfərova ömürlük cəza istəyib
- 30-03-2021 16:59 Baş Prokurora yeni köməkçi təyin olunub
- 30-03-2021 14:32 Məhkəmə Rövşən Əkbərovla bağlı qərar verdi
- 30-03-2021 14:18 Bakıda polis atəş açdı: Yaralanan var
- 30-03-2021 12:29 Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən qardaşlar tutuldu
- 30-03-2021 11:22 Pakistanla yeni saziş Milli Məclisdə müzakirəyə çıxarılacaq