
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusunun şəxsi heyətinin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, hərbi hissələrin maddi-texniki bazası gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur yaradılır.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının üçüncü müalicə korpusunun açılış mərasimi keçirilib.
Tədbirdə iştirak edən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti istifadəyə verilən müalicə korpusunda yaradılan şəraitlə tanış olublar.
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev Müdafiə nazirinə məruzə edib ki, üç mərtəbədən və bir zirzəmidən ibarət müalicə korpusunun ümumi sahəsi 4 000 kvadratmetrdir. Burada stomatoloji və oftalmoloji kabinetlər, manipulyasiya, qan götürmə, reanimasiya, növbətçi həkim, oksigen, dezinfeksiya, sterilizasiya, eləcə də digər xidməti və inzibati otaqlar, laboratoriya, yeməkxana, qazanxana, camaşırxana və müalicə alanların reabilitasiyası üçün nəzərdə tutulmuş idman zalı mövcuddur.
Bildirilib ki, dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilən şöbədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb.
Müalicə korpusunda yaradılan şəraitlə tanış olduqdan sonra Müdafiə naziri Tibb Baş İdarəsinin rəhbərliyi qarşısında tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar qoyub.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:34 Prezident “N” saylı hərbi hissəsinin açılışında olub
- 19-06-2020 11:15 Cəbhəboyu zonada yeni hərbi hissənin açılışı olub - VİDEO
- 19-06-2020 09:13 Atəşkəs 22 dəfə pozulub
- 18-06-2020 10:10 Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub
- 17-06-2020 09:40 Ermənistan atəşkəsi 24 dəfə pozdu
- 16-06-2020 17:04 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib
- 16-06-2020 15:55 Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
- 16-06-2020 15:34 Çin və Hindistan əsgərləri arasında atışma: ölənlər var
- 16-06-2020 13:48 Cənubi Koreya qoşunları yüksək hazırlıq vəziyyətinə gətirildi
- 16-06-2020 09:44 Ermənistan atəşkəsi 26 dəfə pozdu
- 15-06-2020 09:23 Ermənistan silahlı qüvvələri atəşkəsi 25 dəfə pozub
- 13-06-2020 09:29 Atəşkəs rejimi 21 dəfə pozulub
- 12-06-2020 09:35 Atəşkəs rejimi snayper tüfənglərindən də istifadə etməklə 22 dəfə pozulub
- 11-06-2020 14:35 ABC News: ABŞ Rusiya hərbi təyyarələrinin iki qrupunu Alyaskanın sahilində hədəfə alıb
- 11-06-2020 09:28 Atəşkəs rejimi 23 dəfə pozulub
- 10-06-2020 12:27 Ali Hərbi Məktəbin kursantları döyüş atışları keçiriblər - VİDEO
- 10-06-2020 09:29 Düşmən atəşkəsi 24 dəfə pozdu
- 09-06-2020 10:07 ABŞ-da F-35A qırıcısının eniş zamanı şassisi sınıb
- 09-06-2020 09:28 Düşmən atəşkəsi pulemyotlarla 25 dəfə pozub
- 08-06-2020 12:49 Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
- 08-06-2020 10:33 KİV: ABŞ təyyarədaşıyan gəmisi təlimlər üçün Yaponiyanı tərk edib
- 06-06-2020 09:30 Atəşkəs 24 dəfə pozuldu
- 05-06-2020 09:30 Ermənistan atəşkəs rejimini 25 dəfə pozub
- 04-06-2020 12:32 DSX və Hərbi Prokurorluq birgə məlumat yayıb
- 04-06-2020 09:15 Atəşkəs 22 dəfə pozulub