Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2020
16:03
AzTV-də yanacaq oğurluğu edən 9 sürücü işdən çıxarılıb

"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) qurumun bir neçə əməkdaşının oğurluq etdiyi üçün işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 9 sürücü QSC-dən yanacaq oğurluğu edib və buna görə də işdən azad ediliblər:

"Həmin sürücülərin törətdiyi əməllər konkret faktlarla - avtomobillərə quraşdırılan avadanlıqlarla sübuta yetirilib. Hazırda QSC həmin şəxslərdən 8-i barəsində Səbail Rayon Polis İdarəsinə və digəri barəsində isə Laçın Rayon Məhkəməsinə müraciət göndərib". 

"Bu gün dövlətdə aparılan kütləvi təmizləmə və korrupsiyaya qarşı mübarizə fonunda həmin adamları işdə saxlamağın özü belə qanunu pozmaq deməkdir. Bəli, karantin dövründə kimisə işdən azad etməmək barədə dövlətin müraciəti və konkret göstərişlər var. Amma bu, o demək deyil ki, kimsə çalışdığı iş yerində oğurluq edə, şirkətə maddi ziyan vura bilər. Özü də, müraciətdə adları çəkilən sürücülərdən biri (red. Məmmədov Anar Vaqif oğlu) təxminən 1 il əvvəl də xidməti maşından yanacaq çəkdiyi zaman əməkdaşlar tərəfindən saxlanılıb. Amma ailə vəziyyəti nəzərə alınaraq işdən azad edilməyib, töhmət verilib və yenidən işə qaytarılıb. Lakin o digər 8 nəfərlər birlikdə yenidən bu əmələ at atıb. Onu da əlavə edək ki, bu hadisə sürücülərin məvacibinin 50 faiz artırılmasından sonra baş verib. Hazırda iş üzrə araşdırma gedir və nəticə olan kimi QSC bu barədə ictimaiyyətə açıqlama verəcək", - deyə AzTV-dən bildirilib.

Məqalədə : AZTV oğurluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47729

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45821

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47439

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47041

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52596

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46697

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47124
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-10-2020 17:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru