Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2020
13:10
Təxirə salınmış Respublika fənn olimpiadalarının final mərhələsinin keçiriləcəyi tarix açıqlanıb

Pandemiya ilə əlaqədar tərixə salınmış Respublika fənn olimpidalarının respublika mərhələsinin final turu iyun ayının birinci yarısında keçiriləcək. 

Təhsil Nazirliyindən verilən məlumata görə, iyunun 5-də riyaziyyat fənni üzrə final turu Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, fizika fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, iyunun 7-də kimya fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, biologiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, informatika fənni üzrə Bakı Mühəndislik Universitetində, iyunun 9-da Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, coğrafiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, tarix fənni üzrə isə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında keçiriləcək. 

Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlayacaq. 

Qeyd edək ki, fevral ayında keçirilmiş respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, uğur qazanmış şagirdlər final turunda iştirak hüququ qazanıblar. İştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə  koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər nəzərə alınacaq və həyata keçiriləcək.

Məqalədə : təhsil nazirliyi olimpiada 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
218

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
305

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 04:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru