Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2020
14:20
Sumqayıt İcra Hakimiyyətindən milyonluq borc qalmaqalı ilə bağlı RƏSMİ AÇIQLAMA

Sumqayıt bulvarının tikintisi zamanı sahibkarların və fəhlələrin pullarını ala bilməmələri ilə bağlı yayılmış məlumatlar əsassızdır.

Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən özəl olaraq Oxu.Az-a bir qrup sahibkar və 400 nəfərdən çox fəhlənin şəhərin icra başçısı Zakir Fərəcovu məhkəməyə vermələri ilə bağlı yayılan məlumatlara münasibət bildirilərkən deyilib.

Məlumatda qeyd olunur ki, şəhərdə həyata keçirilən bütün layihələrdə, eləcə də bulvarın tikintisində iştirak etmiş iş icraçılarının və digər şəxslərin pulları Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən tam şəkildə ödənilib.

Bildirilib ki, bəzi şəxslərlə iş icraçısı arasında yaranmış mübahisəyə məhkəmə qaydasında baxılıb, müvafiq qərar qəbul olunub və təqsirli şəxs cəzalandırılıb.

Xatırladaq ki, bir müddət əvvəl kütləvi informasiya vasitələrində Sumqayıtın giriş hissəsini, şəhər bulvarının tikintisini həyata keçirmiş şirkətlərin təmsilçiləri və 400-dən çox fəhlənin indiyə qədər pullarını ala bilmədiklərinə dair iddiaların yer aldığı məlumatlar yayılıb. İddialara görə, 2016-cı ildə başa çatmış işlərlə əlaqədar 12 milyon manat pul ayrılsa da, şəhərin icra başçısı Zakir Fərəcov həmin vəsaitin yalnız dörd milyon manatını ödəyib. Yerdə qalan səkkiz milyon manata yaxın pulu isə ödəməkdən imtina edib.

Məqalədə : Zakir Fərəcov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54476

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52589

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53989

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53734

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59159

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53429

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53808
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-12-2020 17:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru