Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2020
12:50
Azərbaycanda bu il bərpa olunan enerji üzrə hərraclar keçirilə bilər

"Bu il Azərbaycanda bərpa olunan və alternativ enerji sahəsində layihələrin inkişafı üzrə hərracların keçirilməsi imkanı kifayət qədər yüksəkdir".

Bu barədə Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə söyləyib.

"Bu, qanunvericilik çərçivəsində hazırlanır. Bizim bərpa edilən enerji sahəsində qanunumuz artıq vizalanma mərhələsindədir. Eyni zamanda, hərrac üçün hazırlıq işləri aparılır. Hərracların 2020-ci ildə həyata keçirilmə ehtimalı kifayət qədər yüksəkdir", - E. Soltanov qeyd edib.

Qeyd edək ki, öncə ölkədə bərpa edilən enerji mənbələrinin inkişafı üzrə 8 perspektiv sahə seçilib.  Bu ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb.

Müqavilələri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, "ACWA Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və "Masdar" şirkətinin icraçı direktoru Məhəmməd Cameel Al Ramahi imzalayıblar. Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə 240 meqavat gücündə külək, "Masdar" şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Pilot layıhələrin keçirilməsi üçün bərpa edilən enerji mənbələrin inkişafı üçün nəzərdə tutulan sahələrdən üçü nəzərdə tutulub.

Hazırda E.Soltanovun sözlərinə görə, bu sahədə layihələrin inkişafı üçün 5 sahə mövcuddur. Bununla yanaşı, potensial olaraq 5 şirkət Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində lahiyyələrdə iştirak etməkdə və sərmayələrin qoyulmasında maraqlıdır.

Qeyd edək ki, Azərbaycanın iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Məqalədə : enerji 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54773

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52859

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54270

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53999

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59419

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53701

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54065
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-12-2020 18:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru