
ABŞ prezidenti Donald Trampın qızı İvanka Dubaya səfəri zamanı örtülü paltar geyinərək başını bağlayıb və Amerika ictimaiyyətini qəzəbləndirib. Bu barədə "İndy100" portalı məlumat verir.
Amerikalı iş qadını "Global Womens Forum Dubai 2020"də iştirak etmək və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd İbn Zayed Al-Nahyan ilə görüşmək üçün BƏƏ-yə səfər edib. Şeyx Zayed məscidinə gedərkən İvanka Tramp bütün bədənini - ayaqlarını, qollarını və boynunu örtəcək formada gümüşü rəngli, çiçək naxışlı paltar geyinib. Başını isə tünd mavi şalla bağlayıb.
"Twitter" istifadəçiləri onu bu paltarda qadınlara hörmətsizlik kimi dəyərləndiriblər və görünüşü tənqid etməyə başlayıblar. "Dünyaya səyahət edərkən bərabərliyi müdafiə edirsiniz, ancaq digər qadınlar kimi başınızı örtüb ayaqyalın gəzirsiniz ... yaxşı ...", istifadəçi qadınlardan biri yazıb.
"İvanka könüllü şəkildə dini təslim simvolunu taxan azad qadınların uzun siyahısına xoş gəldin, o simvolu ki, ona görə dünyada qadınlar öldürülür, döyülür və həbsə atılır. Gücsüz qadınları satan güclü qadınların uzun sırasına xoş gəldin", başqa bir qadın yazır.
"Mən onun hicab geyindiyinə görə çox üzüldüm. O, məsciddə hicabı çıxararaq digərlərinin qarşısında dalğalandırmalı idi. Mən bilirəm, İvanka qadınların hüquq bərabərliyi üçün əlindən gələni edir, lakin məsciddə belə hicab taxmaq böyük səhv idi", qadın istifadəçi yazıb.
Şərhlərdən aydın olur ki, dünyada hələ də hicabın mahiyyətini başa düşməyən insanlar var. Onlar hicabı müsəlman qadının dini vacibatı kimi deyil, qadının köləliyi kimi başa düşürlər. Və maraqlıdır ki, xristian rahibələrin geyimi barədə sosial şəbəkə istifadəçiləri heç zaman köləlik ifadəsini işlətmirlər. Hansısa radikal yönümlü şəxsin və ya şəxslərin qadınlara etdiyi zülmləri isə bütün İslam dünyasına, müsəlmanlara aid edirlər.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 15:05 Noam Çomski: Tramp tarixdəki ən pis cinayətkardır
- 25-06-2020 13:49 Cənubi Yəmən Keçid Şurası İsraili rəsmi olaraq tanıdı
- 25-06-2020 12:35 Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
- 25-06-2020 12:14 İran rəsmisi: İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir
- 25-06-2020 11:14 Həmas liderindən İslam dünyasına təcili çağırışı
- 23-06-2020 10:16 Dünyada koronavirus infeksiyası hallarının sayı 9 milyonu ötüb
- 19-06-2020 14:21 Dağıstan rəsmilərini lom və dəyənəklə döydülər
- 19-06-2020 11:21 ABŞ-da səhv ucbatından 2 qardaş 24 il həbsdə yatdı
- 19-06-2020 10:37 Tramp NUO barədə gizli sənədlərinin açılması barədə düşünəcəyini vəd etdi
- 19-06-2020 10:15 Nikita Xruşovun oğlu ABŞ-da öldü
- 18-06-2020 16:34 Çin prezidenti Afrikaya koronavirus peyvəndi vəd etdi
- 18-06-2020 14:10 Qazaxıstanın Baş naziri və daha beş nazir koronavirusa görə özünü təcrid edib
- 18-06-2020 13:41 BƏƏ vəliəhdi: İsrailin Fələstin torpaqlarını ilhaq etməsi qanunsuzdur
- 18-06-2020 11:06 Nursultan Nazarbayev koronavirusa yoluxub
- 18-06-2020 10:58 Fələstində 39 yeni koronavirus aşkar edildi
- 18-06-2020 10:45 Tramp keçmiş təhlükəsizlik müşavirini "qəddar axmaq" adlandırıb
- 18-06-2020 10:30 Əfqanıstanda Taliban hücumunda 7 polis öldürüldü
- 17-06-2020 14:08 Kadırov gürcü jurnalistə sui-qəsd barədə xəbərlərə münasibət bildirib
- 17-06-2020 12:35 Putini koronavirusdan belə qoruyurlar
- 17-06-2020 11:35 Hindistanda bir gün ərzində 2 min nəfər koronavirusdan ölüb
- 17-06-2020 11:30 Koronavirusu test etmədən diaqnoz qoymağın üsulu tapıldı
- 17-06-2020 10:55 Hindistan və Çin arasında qarşıdurma yaranıb
- 17-06-2020 09:50 Medvedev: 2020-ci ildə Rusiya üç "iqtisadi sarsıntı" keçirib
- 16-06-2020 17:34 İdlibdə Rusiya-Türkiyə patrul yolunda partlayış baş verib
- 16-06-2020 16:39 Cavad Zərif: "İran, Rusiya və Azərbaycan arasında sammit keçirəcəyik"