Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Fevral

2020
15:42
Yeni seçilən deputatların tanınmış şəxslərlə qohumluq əlaqələri

Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilən seçkilərdə lider namizədlərin adlarını açıqlayıb. Qeyd edək ki, bu, ilkin rəsmi nəticələrdir.

Oxu.az siyahıya əsasən, yeni seçilən deputatların hansı tanınmış şəxslərlə qohum olduğunu araşdırmağa çalışıb.

İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəylinin atasıdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Prezident Administrasiyasının keçmiş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla qudalıq qohumluğundadır.  

Yeni Azərbaycan Partiyasının icra katibi Siyavuş Novruzov Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevin kürəkənidir. S.Novruzovun xanımı Səbinə Əliyeva isə Ombudsmandır.

Bitərəf Rasim Musabəyov Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayevin bacanağıdır.

Adil Əliyev Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin qardaşıdır.

Ziyad Səmədzadə bəstəkar Aygün Səmədzadənin atasıdır.

27 saylı Sabunçu İkinci Seçki Dairəsinin lider namizədi Əliabbas Salahzadə eks-deputat Qalib Salahzadənin oğludur. Qeyd edək ki, Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

Oqtay Əsədov Samuxun icra başçısı Alı Qocayevin qudasıdır.

Fəzail Ağamalı mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin qohumudur.

Yerli mediada yazılanlara görə, F.Ağamalının qardaşı qızı R.Lənkəranskinin qardaşının həyat yoldaşıdır.

65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən parlamentə keçən Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov Fövqəladə Hallar nazirinin müavinidir.

Malik Həsənov isə Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun qardaşıdır.

Hadi Rəcəbli Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın qudasıdır.

YAP-çı deputat Cavanşir Paşazadə isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşıdır.

İqbal Məmmədov Şamaxının keçmiş icra başçısı Asif Məmmədovun qardaşıdır.

Bitərəf Çingiz Qənizadənin oğlu Elgiz Qənizadə Binəqədi prokurorunun müavinidir.

Aqil Abbas mərhum Xalq şairi Məmməd Arazın kürəkənidir. O, M.Arazın qızı İradə Tuncayla ailə həyatı qurub.

Onların oğlu Tuncay Abbasov yüksəkçinli polis əməkdaşıdır. T.Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisidir.

Sabir Hacıyev iş adamı ilə qohumluq əlaqəsindədir. S.Hacıyevin gəlini tanınmış iş adamı Bəylər Məmmədovun qızıdır.

Qənirə Paşayeva Azərbaycanın Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin qardaşı qızıdır.

Fəttah Heydərov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atasıdır.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günündən ən geci 20 gün keçənədək Dairə Seçki Komissiyalarının protokollarını yoxlamalıdır.

MSK bundan sonra həmin sənədləri 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır.

Yoxlama prosesi vaxt tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə müvafiq sənədlərə baxılma müddətini artıra bilər.

Məqalədə : deputat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54556

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52654

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54059

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53784

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59229

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53504

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53863
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-12-2020 01:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru