Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2020
12:39
Tağıyevin heykəlinin açılışı Novruz bayramı günlərində olacaq

“Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı Novruz bayramı günlərində olacaq. Bu vaxt hələ ki, dəyişməyib”.

Bunu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinin qalibi, Xalq rəssamı Xanlar Əhmədov deyib.

X.Əhmədov yaxın günlərdə heykəlin tuncdan tökülməsi işlərinə başlanacağını bildirib: “Hələ ki, vaxtımız var. Elə böyük bir iş qalmayıb. Çalışacağıq ki, Novruz bayramına qədər heykəlin quraşdırılması yekunlaşsın”. 

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhəri İcra Hakimiyyətinin Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb. 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib. Heykəl "İçərişəhər" metrostansiyasının qarşısında quraşdırılacaq.(APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
306

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
491
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 20:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru