Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2020
12:11
`Barselona` kulubunda Messi-Abidal gərginliyi

"Barselona" komandasının idman direktoru Erik Abidalın verdiyi müsahibədə keçmiş baş məşqçi Ernesto Valverde barədə danışarkən, "bir çox futbolçu narazı idi və onun vaxtında çox can yandırmırdılar", -deyə bildirib.

onun bu sözlərinə etiraz edən argentinalı futbolçu Lionel Messi qeyri-adi şəkildə sosial media hesabından yazılı açıqlama verib və bu ifadələri paylaşıb:

"Düzünü deyim ki, bu cür işi sevmirəm, amma hər kəs öz vəzifəsi üçün məsuliyyətli olmalı və qərarlarına diqqət yetirməlidir. Futbolçular ilk növbədə meydanda nə baş verdiyini və özlərini pis hiss etdiklərini ilk bilənlərdir. İdman menecerləri də öz məsuliyyətlərini bilməli və xüsusən də qəbul etdikləri qərarların arxasında durmalıdırlar. Bunu etməsəniz, şayiələr və yalan sözlər artar və hamımızı çirkaba bulaşdırar."

Digər tərəfdən "Barselona" klubu məşqdə zədələnmiş fransız futbolçu Osman Dembelenin sağ ayağının arxa əzələsində yırtıq aşkarlandığını açıqlayıb.

Kataloniya klubu Dembelenin sağalma prosesinə vaxt verməsə də, İspaniya mətbuatı bu cür zədələrin 3-4 ay ərzində həll edildiyini və fransız futbolçunun mövsümü indidən başa vurduğunu yazıb.

2017-ci ildə Almaniyanın "Borussiya Dortmund" klubundan 105 milyon avroya transfer olunan Dembele "Barselona"ya gəldikndən bəri zədələrdən xilas ola bilmir.

Məqalədə : Messi Barselona 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı-Qazax yolunda raket tapılıb

19

Fevral
15:17
HƏRB
50

Beyin əməliyyatında skripka çaldı

19

Fevral
14:33
DÜNYA
150

Sabaha olan hava proqnozu açıqlanıb

19

Fevral
13:15
ÖLKƏ
207

Tanınmış bəstəkara BDU-da vəzifə verildi

19

Fevral
13:00
ELM / TƏHSİL
263
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 15:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru