Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2020
11:52
Ceyhun Bayramov məktəbdə qızların şalvar geyimi məsələsinə toxunub

Təhsil naziri Ceyhun Bayramov ötən ilin yekunlarına dair mətbuat konfansında məktəbli formaları barədə danışıb.

FaktXəbər-in məlumatına görə, o bildirib ki, burada əsas məqsəd məsələnin düzgün çərçivəsinin formalaşdırılmasıdır:

"Yəni nəticə etibarə ilə məktəblilərin keyfiyyətli, standartlara uyğun, rahat forma ilə təmin edilməsidir. Bu gün də mövcud qanunvericilikdə göstərilir ki, məktəb daxilində forma vahid olmalıdır. Amma məktəblərin hamısında formanın eyni olması vacib deyil. Reallıq isə ondan ibarətdir ki, məktəblərin ayrılıqda forma müəyyən etməsi bir qədər problem yaradır. Artıq dövlət nümunələr təsdiq edəcək və bu nümunələrdən istifadə olunacaq. Burada müxtəlif növ formalar olacaq və bütün tələblər orada əks olunacaq, standartlar gözləniləcək. Məktəb daxilində isə rəhbərlik valideynlər və pedoqoji kollektivlə öz formalarını müyyənləşdirilmiş nümunələr içərisindən seçə biləcəklər." 

İlin soyuq aylarında qızların qısa ətəklərdə üşüməsi ilə bağlı valideynlərin şikayətinə qızlar üçün şalvardan istifadə məsələsinə də toxunan nazir bildirdi ki, ictimai müzakirələrin keçirilməsində də məqsəd buna görədir: "Təkliflər olarsa dəyişikliklər ola bilər."

Məktəbli formasının qiyməti barədə danışan təhsil naziri, bu məsələdə dövlətin hər hansı bir rolunun olmadığını, qiymət məsələsini istehsalçıların müəyyənləşdirdiyini bildirdi: "Biz ancaq onun formasını, gigyenik qaydalara uyğun hazırlanmasına nəzarət edə bilərik."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

25

Fevral
12:47
ÖLKƏ
202

Fəhlə "KamAz"ın altında qalıb öldü

25

Fevral
10:56
HÜQUQ,HADİSƏ
257

Azərbaycan şəhidinə vida edir

25

Fevral
10:36
ÖLKƏ
288
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 14:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru