Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2020
12:59
ABŞ ordusunun ən zəif yeri açıqlandı

Avrasiyada ba verə biləcək müharibədə ABŞ nəqliyyat flotundakı çatışmazlığa görə uduzmaq riski ilə üzbəüzdür. Belə bir açıqlama ilə "Forbes" jurnalının anlitiki Loren Tompson çıxış edib.

O bildirir ki, ABŞ hər zaman müharibəni öz ərazisindən uzaqlarda aparır. Buna görə də döyüş meydanına texnika və avadanlıq daşımalı olur. Bu isə Hərbi Dəniz Qüvvələri (HDQ) üçün ağır işdir və eyni zamanda zəif nöqtədir.

Jurnalistin sözlərinə görə, hazırda HDQ texnikaların və canlı qüvvələrin daşınması üçün 65 gəmidən istifadə edir. Amma bu gəmilər çox "yorğun"durlar və sadəcə 40 faizi hərbi əməliyyatı yerinə yetirə bilər. Ona görə də ABŞ HDQ problemdən çıxış yolu tapmaq üçün gəmiləri potensial müharibə zonalarına yaxın ərazilərdə yerləşdirmək istəyir.

HDQ müharibə zamanı mülki gəmilərdən də istifadə edə bilər. Amma Topmsonun fikrincə, bu, hərbçilərin qarşısına qoyulmuş vəzifəni yerinə yetirməyə kifayət etməyəcək.

Onun fikrincə, dəniz nəqliyyatının olmaması səbəbindən "dünyanın ən bacarıqlı quru qüvvələri" müharibəyə gec daxil ola bilər və ya effektiv mübarizə qabiliyyətini itirə bilər.

Bundan əvvəl Amerikanın "National Interest" jurnalı dünyanın ən güclü donanmalarını sıralamışdı və Amerika Birləşmiş Ştatları Donanmasında ən çox gəminin olduğunu qeyd etmişdi.

Məqalədə : ABŞ ordusu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bərdədəki həbslərlə bağlı - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:53
HÜQUQ,HADİSƏ
384

Fevralın 21-nə manatın məzənnəsi

20

Fevral
17:31
İQTİSADİYYAT
271

"Orqan mafiyası" ilə bağlı məlumatlara - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:10
BÖLMƏNİ DÜZ SEÇ!
287

Bakı metrosu dezinfeksiya ediləcək

20

Fevral
15:24
NƏQLİYYAT
321

DTX: Neftçalada vəzifəli şəxslər tutulub

20

Fevral
15:06
HÜQUQ,HADİSƏ
677

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20

Fevral
14:49
HÜQUQ,HADİSƏ
400
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2020 07:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru