Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2020
15:35
Suriyada döyüşən azərbaycanlılarla bağlı qərar elan edilib

Ali Məhkəmədə İŞİD terror təşkilatının bir qolu olan "Nüsra Cəbhəsi" tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Asim Baxışov və Teyfur Əliverdiyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə prosesdə qərar elan olunub.

Qərara əsasən, həmin şəxslərin kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyev Türkiyə ərazisindən keçərək Suriyada Gürcüstan vətəndaşının rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində "Kalaşnikov"dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev 13 il, digər şəxslərin isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib. Daha sonra A.Baxışovla T.Əliverdiyev kassasiya şikayəti verib.

Məqalədə : Suriya azərbaycanlılar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
67958

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65358

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67236

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66530

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72101

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66334

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66632
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-03-2021 09:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru