Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2020
16:30
Pensiya və sosial müavinətləri artan insanların sayı açıqlandı

2020-ci ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 277,8 min nəfər olmaqla ölkə əhalisinin 12,8 faizini təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 933 nömrəli Sərəncamına əsasən 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat, 2019-cu il 1 oktyabr tarixindən isə 200 manat müəyyən olunub ki, bu da müəyyən edilmiş minimum aylıq əməkhaqqının 80 faizini təşkil edir.

Beynəlxalq Valyuta Fondunun məlumatları əsasında aparılmış hesablamalara görə ölkədə minimum pensiyanın alıcılıq qabiliyyəti pariteti üzrə beynəlxalq dollarla qiymətləndirilmiş məbləği MDB məkanında ən yüksək göstəricidir.

İlkin məlumatlara əsasən 2020-ci ilin əvvəlinə 400,4 min nəfər sosial müavinət, 295,7 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. 2019-cu il ərzində birdəfəlik müavinət alanların sayı 89,3 min nəfər olub. (trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlər Kabinetinin rəsmi saytının adı dəyişib

24

Fevral
14:15
BÖLMƏNİ DÜZ SEÇ!
212

Sabah hava yağmursuz olacaq

24

Fevral
13:08
ÖLKƏ
195

Başı hərlənən qız ölümdən döndü - VİDEO

24

Fevral
13:06
HÜQUQ,HADİSƏ
1067

Vilayət Eyvazovdan yeni TƏYİNAT

24

Fevral
12:20
HÜQUQ,HADİSƏ
354
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 15:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru