Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2020
12:59
Boeing sistemində nasazlıq 2009-cu ildən bəri gizlədilibmiş

37 MAX təyyarə sistemində nasazlıq, 2009-cu ildə Amsterdam hava limanında Türkiyə aviaşirkətinə məxsus təyyarənin  qəzaya uğramasından sonra aşkar edilib. Bu barədə The New York Times qəzeti yazıb.

Məlumatda bildirilir ki, sözügedən nasazlığı qəzanın araşdırılması ilə məşğul olan komissiya gizlədib. O zaman ABŞ nəqliyyat orqanlarının nümayəndələri nasazlığıaşkarlayan mütəxəssislərə müxtəlif təzyiqlər göstərib.  

Xatırladaq ki, 2018-ci il oktybarın 29-da və bu il martın 10-da bu tip iki təyyarə qəzaya uğrayıb. Birinci halda "Lion Air" aviaşirkətinə məxsus "Boeing 737 MAX" uçuşdan 13 dəqiqə sonra İndoneziyada dənizə düşüb. Qəzada 189 nəfər ölüb. Sonuncu halda isə "Ethiopian Airlines! şirkətinə məxsus "Boeing 737 Max 8" təyyarəsi Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki "Bole" hava limanından Keniyanın paytaxtı Nayrobiyə uçuş həyata keçirərkən havaya qalxdıqdan altı dəqiqə sonra qəzaya uğrayıb. Nəticədə 149 sərnişin və 8 ekipaj üzvü ölüb. Bundan sonra qəzanın səbəbləri müəyyən edilənədək "Boeing 737 MAX 8" təyyarələrinin uçuşları dayandırılıb.

Məqalədə : Boeing 737 MAX 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
651

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
527

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
776

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
579

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
531
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 06:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru