Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2020
09:29
İŞİD-in yeni başıçısının adı açıqlanıb

İŞİD terror qruplaşmasının yeni başçısı Əmir Məhəmməd Səid Əbdül Rəhman əl-Maulə olub.

"TASS"ın verdiyi məlumata görə, bu barədə mənbələrə istinadən Böyük Britaniyanın "The Guardian" qəzeti bildirib.

Nəşr Əmir Əbdül Rəhmanı ötən ilin oktyabr ayında ABŞ-ın İdlibdə həyata keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilən İŞİD-in əvvəlki rəhbəri Əbu Bəkr əl-Bağdadiyə yaxın olduğunu bildirilir. Dövlət Departamenti onun İraq əsilli və Əbu Bəkr əl-Bağdadinin müavinlərindən biri olduğunu qeyd edir. Onu və ya əl-Bağdadinin digər yaxın adamlarını ələ keçirməyə imkan verəcək məlumat üçün ABŞ hakimiyyəti 5 milyon dollar mükafat vəd edib.

Bildirilir ki, terror qruplaşmasının keçmiş və hazırkı rəhbərləri 2004-cü ildə ABŞ-ın İraqda yerləşən Kemp-Bukka düşərgəsində məhbus olarkən tanış olublar. Amir Əbdül Rəhman qruplaşmanın yaradıcılarından biri olub, onun ideologiyasının yaradılmasında və bir sıra əməliyyatların planlaşdırılmasında iştirak edib.

İŞİD əl-Bağdadinin ölümünü təsdiq etdikdən sonra terrorçuların nümayəndələri Əbu İbrahim əl-Haşimi əl-Kureyşinin qruplaşmanın rəhbəri olduğunu bildiriblər. "The Guardian"ın məlumatına əsasən, bu, yalnız təxəllüsdür. Nəşr qeyd edir ki, Əmir Əbdül Rəhman İŞİD-in əvvəlki rəhbəri öldürüldükdən bir neçə saat sonra qruplaşmanın yeni rəhbəri təyin edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bərdədəki həbslərlə bağlı - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:53
HÜQUQ,HADİSƏ
470

Fevralın 21-nə manatın məzənnəsi

20

Fevral
17:31
İQTİSADİYYAT
292

"Orqan mafiyası" ilə bağlı məlumatlara - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:10
BÖLMƏNİ DÜZ SEÇ!
319

Bakı metrosu dezinfeksiya ediləcək

20

Fevral
15:24
NƏQLİYYAT
336

DTX: Neftçalada vəzifəli şəxslər tutulub

20

Fevral
15:06
HÜQUQ,HADİSƏ
702

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20

Fevral
14:49
HÜQUQ,HADİSƏ
415
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2020 09:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru