Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2020
16:52
Ayətullah Xamenei: Üç Avropa ölkəsi göstərdi ki, ABŞ-ın nökəridirlər

İranın paytaxtı Tehranda bu gün cümə namazını 2012-ci ilin yanvar ayından sonra ilk dəfə Ali lider Ayətullah Xamenei qılıb. Bildirilir ki, Ayətullah Xamenei ancak önməli mesaj çatdırmaq istədiyi zaman cümnə namazına başçıq edir. 2012-ci ildə qıldırdığı cümə namazını da o, "Ərəb baharı"na həsr etmiş və xütbəsinin bir hissəsini ərəbcə etmişdi.

Ayətullah Xamenei bugünkü cümə xütbəsində bildirib ki, Amerika dövlətinin son günlər atdığı addımlar onun bir daha xislətlərini ortaya qoydu: “Son iki həftə bizim üçün macəra dolu və müstəsna  həftələr oldu.  Bu iki həftədə İran xalqı üçün  acı, şirin və ibrət götürüləsi hadisələr baş verdi.  Həmin günlər ki,  Qüds Briqadasının komandirinin tökülmüş qanına hörmət əlaməti olaraq İraqda və İranda milyonlarla insan meydanlara axışdı və dünyanın ən böyük dəfn və vida yürüşünü təşkil etdilər. 5-10 nəfər şəhidləri təhqirə cəhd edən addımlar atdılar və Amerikadan da buna dəstək göstərdilər, İran  təlxəklər yalandan və arsızcasıa deyirlər ki, İran xalqının  yanındadırlar. Sual edirəm, o 5-10 nəfərmi İran xalqını təmsil edir, yoxsa vida mərasimindəki milyonlarmı? 41 ildən sonra bu misilsiz cəmiyyəti  hansı güc  meydana gətirdi.  Bu göz yaşları,  eşq və həyacanı kim yaratdı?  Allahın gücündən başqa hansı səbəb belə bir möcüzəni göstərə bilərdi? Bu hadisələrdə Allahın gücünü görməyən və öz maddi  analizləri ilə hadisələrə yanaşan geridə qalıb.  İlahi iradə  bu xalqın qələbəsinədir.”

O daha sonra bildirib ki, general Süleymaniyə qarşı terror qorxaqcasına bir addım idi: “Bu ABŞ üçün üzüqaralıq gətirdi. Əvvəllər bu cür işi bölgədə sionist rejim edirdi. ABŞ prezidenti terror etdiyini etiraf etdi. Bundan böyük rüsvayçılıq olar? Onlara verilən cavabı isə düşündürücü idi. Bu hərbi zərbə idi, lakin bundan üstün olan hegemon ABŞ-ın heysiyyətinə vurulmuş olmasıdır." 

Tehrandakı təyyarə olayına da toxunan Ayətullah Xamenei, “təyyarənin qəzaya uğraması hadisəsi bizi kədərli etidiyi, bizi yandırdığı qədər düşmənləri də sevindirdi.  Düşmən cığallıq və aldatmaqla müzakirə edir. Müzakirə masasında əyləşən “centilmenlər” Bağdad hava limanındakı terroristlərdir”, - deyə bildirib.

“Bu günlərdə üç Avropa ölkəsi nüvə prorqamına dair məsələni Təhlükəsizlik Şurasına aparacaqlarını dedilər. Bu üç ölkə müharibə dövrdə Səddama yardım edənlərdir. Onlar göstərdilər ki, ABŞ-ın nökəridirlər”, - deyə Ali lider əlavə edib. 

Məqalədə : İran Ayətullah Xamenei 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 28-nə manatın məzənnəsi

27

Fevral
17:40
İQTİSADİYYAT
200

Metroda qatarların fəaliyyəti bərpa edildi

27

Fevral
17:20
NƏQLİYYAT
247

Bakıda metroda problem: Qatarlar tuneldə qaldı

27

Fevral
16:31
NƏQLİYYAT
402

Bakıda elektrik enerjisinin verilişi dayandı

27

Fevral
16:20
BÖLMƏNİ DÜZ SEÇ!
378

Koronavirus artıq İsraildə

27

Fevral
16:15
DÜNYA
296

Azərbaycanda hiddət doğuran görüntü - VİDEO

27

Fevral
16:07
HÜQUQ,HADİSƏ
535

Neft anti-rekorda gedir

27

Fevral
14:55
İQTİSADİYYAT
368

Müəllimlərin işə qəbulu başlayır

27

Fevral
14:21
ELM / TƏHSİL
1541
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2020 18:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru